Telefonlardan tutmuş balığa qədər Vyetnamdan nələr alırıq?
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Vyetnamdan əsasən smartfonlar, elektronika, məişət texnikası və müxtəlif avadanlıqlar idxal edir. Bu ilin ilk 9 ayında iki ölkə arasında ticarət dövriyyəsi 136 milyon dollar olsa da, bunun 134,9 milyon dolları Vyetnamdan idxalın payına düşüb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
Deputatın sözlərinə görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Vyetnamla 641 məhsul növü üzrə ticarət əlaqəsi qurub. İdxalda ən böyük pay isə smartfonların olub. Belə ki, hesabat dövründə Azərbaycana Vyetnamdan 188 min 684 ədəd smartfon gətirilib. Bunun üçün 73 milyon dollar vəsait ödənilib. Online alış-veriş
Vyetnamdan idxal etdiyimiz digər məhsullar arasında texnika və avadanlıqlar üstünlük təşkil edir. Belə ki, qeyd olunan dövrdə Azərbaycana 4,9 milyon dollar dəyərində kommutasiya qurğuları daxil olmaqla, səsin, təsvirin və digər məlumatların qəbulu, çevrilməsi və ötürülməsi üçün maşınlar gətirilib.
Bundan başqa, 4,6 milyon dollar dəyərində portativ hesablayıcı maşınlar, 2,9 milyon dollarlıq tozsoranlar, 2,5 milyon dollarlıq məlumatların işlənməsi qurğuları, 2,4 milyon dollarlıq elektron modullar, 2,2 milyon dollarlıq qulaqcıqlar və baş telefonları idxal edilib.
İdxal siyahısında 2 milyon dollarlıq keşyu fındığı, 1,4 milyon dollarlıq printer və surətçıxarma aparatları, eyni dəyərdə Piper növlü istiot, 1,3 milyon dollarlıq ayaqqabı, 1,1 milyon dollarlıq statik dəyişdiricilər, 1 milyon dollarlıq yaddaş qurğuları da yer alıb.
Həmçinin Vyetnamdan paltaryuyan maşınlar, dərman vasitələri, dondurulmuş naqqa balığı və digər məhsullar alınıb.
Deputat qeyd edib ki, Azərbaycanın Vyetnama ixracı idxalla müqayisədə xeyli aşağıdır. Belə ki, bu ilin ilk 9 ayında Vyetnama ixracımızın 90 faizindən çoxunu tütün təşkil edib. Bu məhsul üzrə ixracın dəyəri 1 milyon dollar olub. Digər ixrac məhsullarının həcmi isə nisbətən kiçik rəqəmlərlə ifadə olunur.
Vüqar Bayramovun fikrincə, iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfərinin iqtisadi əməkdaşlığın inkişafına və qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına təkan verəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 20 Noyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















