Bakı yeraltı keçidlərində pandus problemi Nəzərdə tutulub, amma istifadə mümkün deyil
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əksər keçidlərdə pandusların meyilliyi normadan artıqdır və bu, xüsusən əlilliyi olan şəxslər üçün təhlükə yaradır. Bəzi hallarda pandusların səthi hamar və sürüşkən olduğundan istifadə zamanı yıxılma riski artır. Digər keçidlərdə isə pandus yalnız formal olaraq çəkilib nə eni təkərli araba üçün uyğundur, nə də qoruyucu tutacaqlar mövcuddur. Bu isə layihələndirmədə real istifadənin deyil, yalnız “göstəriş” məqsədinin nəzərə alındığını nümayiş etdirir.
Keçidlərin bir qismində panduslar ya zədələnib, ya da tikinti zamanı elə yerləşdirilib ki, ona giriş manevr etmək üçün fiziki olaraq əlverişli deyil. Belə hallarda keçid faktiki olaraq yalnız pilləkənlərdən ibarət olur və imkansızlığı olan şəxslər üçün keçilməz maneəyə çevrilir. Halbuki müasir şəhər infrastrukturunda inklüzivlik əsas prinsiplərdən biri sayılır və bütün vətəndaşların sərbəst hərəkət hüququ təmin edilməlidir.
Problemin əsas səbəbi layihələndirmə və icra prosesində normativ tələblərə tam əməl olunmaması, həmçinin istismara verildikdən sonra keçidlərin xüsusi texniki baxımdan kənarda qalmasıdır. Pandusların beynəlxalq standartlara uyğunluğu üçün onların meyilliyi, eni, səthinin xüsusiyyətləri, tutacaqların mövcudluğu və təhlükəsizlik elementləri dəqiq şəkildə təmin edilməlidir. Bununla yanaşı, belə keçidlər üçün mütəmadi texniki xidmət mexanizmi yaradılmalı, zədələnmələr və aşınmalar vaxtında aradan qaldırılmalıdır.
Bu istiqamətdə sistemli yanaşma tətbiq olunsa, yeraltı keçidlər yalnız formal struktur deyil, bütün vətəndaşlar üçün funksional və təhlükəsiz piyada marşrutuna çevrilə bilər.
Leyla Mirzə, Bizimyol.info
Baxış sayı:87
Bu xəbər 12 Dekabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















