Icma.az
close
up
RU
Bakı yox dedi, Ankara geri çəkildi: Əliyev və Paşinyan üçün İstanbulda nə planlanıb?

Bakı yox dedi, Ankara geri çəkildi: Əliyev və Paşinyan üçün İstanbulda nə planlanıb?

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında keçirilməsi gözlənilən görüş Cənubi Qafqazda sülhə dair yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Türkiyə də uzun illərdir regionda sülhün və əməkdaşlığın bərqərar olunması üçün fəal diplomatik mövqe sərgiləyir.

Ankaranın həm Bakının strateji müttəfiqi, həm də İrəvanla münasibətləri normallaşdırmaq istəyən regional güc olaraq, bu cür danışıqlardan kənarda qalmayacağı düşünülür.

Türkiyənin Vaşinqton görüşünə yanaşması necədir? Bakı və İrəvan bu məsələdə Ankara ilə təmasdadır?

Globalinfo.az-a danışan türkiyəli politoloq Hasan Oktay deyib ki, Azərbaycan, Rusiyanın yönləndirməsi ilə Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını 44 günlük müharibə nəticəsində azad etdikdən sonra, 2020-ci il noyabrın 10-da Prezident Vladimir Putinin çağırışı ilə bir atəşkəs razılaşması imzalandı:

“Türkiyə bu atəşkəsin hazırlanması prosesində öz təkliflərini irəli sürmək istəsə də, gözləntiləri qarşılanmadı. Daha sonra rəsmi Ankaranın bölgədə müşahidəçi statusunda iştirakı gündəmə gəldi.

Türkiyə, Cənubi Qafqazda sülhün bərqərar olması üçün bütün imkanlarını səfərbər edir. SSRİ dağıldıqdan dərhal sonra üç Cənubi Qafqaz ölkəsinin də müstəqlliyini tanıdı, Gürcüstan və Azərbaycanla diplomatik əlaqələr qurdu, sərhəd qapılarını açdı, lakin Ermənistanla diplomatik əlaqə qurulmadı. Bu, Ermənistanın Rusiyanın təsiri altında Azərbaycanın torpaqlarını işğal etməsi ilə bağlı idi. Türkiyə, yeddi rayon işğal edildikdən və Kəlbəcər də itirildikdən sonra Ermənistanla açıq olan sərhəd qapılarını bağladı.

Azərbaycan 44 günlük müharibə ilə torpaqlarını işğaldan azad etdikdən sonra Türkiyənin Ermənistanla sərhəd qapılarını yenidən açması gündəmdə idi. Lakin Ankara hesab edirdi ki, Cənubi Qafqazda qalıcı sülhün bərqərar olması üçün Ermənistan və Azərbaycan arasında problemlər də həll edilməli və üçtərəfli sülh sazişi imzalanmalıdır. 10 noyabr atəşkəs razılaşmasından bu yana beş il keçməsinə baxmayaraq, hələ də sülh sazişinin imzalanmaması bölgəyə yeni aktorların daxil olması ilə nəticələndi”.


Hasan Oktay

Politoloqun sözlərinə görə, Türkiyə üçtərəfli sülh sazişinin heç bir ilkin şərt olmadan dərhal imzalanmasının tərəfdarı idi:

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev də Kahramanmaraşda zəlzələdən sonra inşa olunan evlərin açılışında iştirak edirdi. Türkiyənin əsas istəyi bu zaman İstanbulda bir sülh sazişinin imzalanması idi. Lakin bu, alınmadı və Ankara sonrakı mərhələdə Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına dair açıqlama vermədi.

Həmçinin oxuyun:

Vaşinqton və Ankara Bakıya görə birləşir – “Putin Əliyevlə dərhal danışmaq üçün…”

Türkiyənin bu məsələ ilə bağlı mövqeyi açıq və aydın olduğu halda, son günlərdə Azərbaycandakı səfiri Birol Akgün hökumətin siyasətinə uyğun gəlməyəcək fikirlər səsləndirdi. Akgün Zəngəzur dəhlizində irəliləyiş olmayacağı halda Türkiyənin sərhəd qapılarını açmayacağını dedi. Bu açıqlama, Ankaranın siyasəti ilə uzlaşmadığı üçün ölkənin Cənubi Qafqazla bağlı mövqeyində ziddiyyətli vəziyyətin yaranmasına səbəb oldu.

10 iyulda Əbu-Dabidə bir araya gələn Ermənistan və Azərbaycan rəsmiləri, üçüncü ölkələrin iştirakı olmadan sülhlə bağlı addımlar atıla biləcəyini bəyan etdilər ki, bu da Türkiyədə narazılıq yaratdı. Əbu-Dabi görüşlərindən sonra, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda keçirəcəyi görüş Türkiyə tərəfindən diqqətlə izlənilsə də, bu barədə rəsmi açıqlama verilmədi.

İstanbulda baş tutmayan görüş, Əbu-Dabidən sonra verilən açıqlamalar və ABŞ-da keçiriləcək toplantı, bölgədə Türkiyənin sülh səylərinin görməzlikdən gəlinməsi kimi bir təəssürat yaratdı. Trampın bu görüş vasitəsilə Cənubi Qafqazda mövqe qazanmaq istəyi, qaçılmaz olaraq İran və Rusiyanın da regiona diqqətini daha çox cəlb edəcək. Hər nə qədər Tramp və Putin fərqli fiqurlar olsa da, nəticə etibarilə Cənubi Qafqazda sabit və davamlı sülh əvəzinə, xaotik bir mühit ABŞ-ın maraqlarına daha çox uyğundur.

Ankara bütün bunlara baxmayaraq, Cənubi Qafqazda sülhü dəstəkləyir və bu sülh sazişinin üçtərəfli formada – Türkiyə, Azərbaycan və Ermənistan arasında – imzalanmasını, həmçinin İstanbulda baş tutmasını arzulayır. Çünki bu format bölgədə sabitlik üçün ən real model hesab olunur. Bunun xaricində bölgəyə daxil olacaq hər yeni aktor, öz arxasınca yeni problemlər gətirə bilər”.

Politoloq Əli Mustafayev isə deyib ki, Vaşinqtonda keçiriləcək görüşə hazırlıq özəl və məxfi şəraitdə aparılıb:

“Görüşə dair informasiya axını o qədər məhdud idi ki, prosesin hazırlanmasından hətta İran və Rusiyanın da xəbərsiz olduğu təəssüratı yarandı. Bu isə onu göstərir ki, danışıqlar prosesi qapalı diplomatik kanallar vasitəsilə həyata keçirilib və məqsəd mümkün qədər xarici müdaxilələri minimuma endirmək olub.

Bu kontekstdə Türkiyənin rolunu xüsusilə vurğulamaq lazımdır. Düşünürəm ki, Ankara bu prosesdə əhəmiyyətli və strateji bir aktor kimi iştirak edib. Təsadüfi deyil ki, son illərdə ABŞ və Türkiyə, xüsusilə Cənubi Qafqazda baş verən hadisələrə münasibətdə koordinasiyalı şəkildə hərəkət edirlər.


Əli Mustafayev

Son dövrlərdə Türkiyə-Ermənistan münasibətlərinə nəzər salsaq, bir çox məsələnin koordinasiyalı şəkildə həll olunduğunu görmək mümkündür.

Bu baxımdan, regionda davamlı sülhün təmin olunması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan danışıqlarda da rəsmi Ankaranın iştirakı gözləniləndir. Türkiyə regionda mühüm geosiyasi oyunçu kimi sülh və sabitlik proseslərinə töhfə verməkdə maraqlıdır. Bu maraqların həyata keçirilməsi üçün həm diplomatik, həm də iqtisadi resurslarını səfərbər edir. Ona görə də yaxın gələcəkdə aparılan danışıqlarda Türkiyənin daha aktiv şəkildə iştirak edəcəyini və prosesin formalaşmasında təsirli mövqe tutacağını söyləmək olar”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Avqust 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri