BakıAğstafaBakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 24 noyabr tarixində əlavə qatar reysləri təyin edib.
KONKRET.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, eyni zamanda, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərlər.
Şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə olunur ki, COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər, sərnişinləri yola salan və ya qarşılayan zaman vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar.
Qeyd olunur ki, sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.
Baxış sayı:67
Bu xəbər 18 Noyabr 2024 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















