BakıAğstafaBakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə noyabrın 30-da və dekabrın 1-də əlavə qatar reysləri təyin edib.
Bu barədə “Unikal" ADY-yə istinadən xəbər verir.
Məlumata görə, eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarları ilə sərnişinlər ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərlər.
“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür”,-deyə məlumatda qeyd edilib.
Baxış sayı:84
Bu xəbər 27 Noyabr 2024 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















