Icma.az
close
up
RU
BakıBalakən qatarı fəaliyyətə başlayır: Hər kəs üçün seçim imkanı var

BakıBalakən qatarı fəaliyyətə başlayır: Hər kəs üçün seçim imkanı var

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verilir. Yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək. Marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyalarında, həmçinin dörd aralıq dayanacaqda sərnişinlərin düşüb-minməsi təmin ediləcək.

Qeyd edək ki, hazırda Azərbaycan dəmir yolunun şimal-qərbdə son stansiyası Balakəndir. Bu stansiya ötən əsrin 80-ci illərinin əvvəllərində işə salınıb. Bakı- Balakən sürət qatarının açılması paytaxtla şimal-qərb bölgəsi arasında gediş-gəlişi daha da asanlaşdıracaq.

Bu marşrut üzrə biletlər üç kateqoriyada təklif edilir: standart (18 AZN), standart+ (27 AZN) və biznes sinif (72 AZN). Sosial şəbəkələrdə bəzi istifadəçilər qatar biletlərinin qiymətləri avtobus biletləri ilə müqayisə edilir. Lakin ekpspertlər bu yanaşmanın doğru olmadığını düşünür, çünki dəmir yolu səyahəti yalnız məsafəyə deyil, həm də təhlükəsizlik, komfort və təqdim olunan xidmətlərə görə qiymətləndirilir.

Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, qatarda hər kəsin seçim imkanı var:

“Bilet qiymətləri standart, "standart+" və biznes sinif şəklində satılır. Ən ucuzu standart, daha sonra "standart+" olanlardır. Hər kəs cibinə uyğun yer taparaq səyahət edə bilir. Burada əsas məsələ odur ki, seçim imkanı var.. Eyni zamanda vaqonların daxili tərtibatında da müəyyən fərqlər mövcuddur, standart sinifdə 6-8, "standart+"da 4, biznes sinif isə 2 nəfərlik olur. Eyni zamanda biznes sinifdə televizor çay, yemək və sair təkliflər olur. Bu təkliflər digər siniflərdə olmaya bilər, bu da ödənilən məbləğlərə təsir edir”.

Müsahibimiz qeyd edib ki, Bakı-Balakən qatarının bərpa olunması sevindirici haldır:

“Deyərdim ki, 5 il bundan qabaq mövcud olan bütün gecə reysləri bərpa olunsun. Bu zaman insanlarda əminlik yaranır ki, gündüz qatarına çatmasa da, gecə qatarına gəlib çata biləcək. Regionlardan Bakıya gecə gələn qatarlarda vaxt səmərəli istifadə olunur. Regionlardan şəhərə gələn insanlar üçün bu üsul çox rahatdır. Səhər gəlib işini görür və eyni qatarla da qayıda bilir. Ona görə də düşünürəm ki, digər istiqamətlərdə də hərəkətlər bərpa olunmalıdır. Köçərli istiqaməti, Horadiz istiqamətində də marşrutlar açıla bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri