Bakıda 1.25 km boru “67 iş günü”nə çəkiləcək Foto
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xətai rayonu, Gəncə prospekti ilə yeni qaz borusunun çəkilməsinə başlanılıb.
Axar.az xəbər verir ki, prospektin qazılması avtomobil yolunun daralmasına, eyni zamanda, toz-torpağa səbəb olub ki. bu da sakinlər arasında narazılıq yaradıb. Sakinlərin sözlərinə görə, yeni qaz borusunun çəkilməsi yaxşı hal olsa da, iş çox ləng gedir. Belə ki, gün ərzində 2 və ya 3 növbə iş yoxdur, şənbə və bazar günlərində iş aparılmır, həftəiçi isə çox kiçik kollektivlə zəif iş görülür.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Novruz Məmmədzadə məsələ ilə bağlı saytımıza açıqlamasında bildirib ki, Gəncə prospektində yeraltı qaz kəmərinin polietilen borularla yenilənməsinə 21 sentyabr 2026-cı il tarixində başlanılıb.
“Layihə üzrə nəzərdə tutulan 1250 metr xəttin 460 metri 22 iş günü ərzində çəkilib. İşlər şəhər nəqliyyatının fasiləsiz hərəkəti, mövcud kommunikasiya xətlərinin qorunması və təhlükəsizlik tələbləri nəzərə alınmaqla aparılır.
Qalan 790 metr xəttin çəkilişinin əlavə maneələr yaranmadığı təqdirdə, 40–45 iş günü ərzində başa çatdırılması nəzərdə tutulur”, - açıqlamada qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 22 Oktyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















