Icma.az
close
up
RU
Bakıda 16 min bina təhlükə altında: Hansı evlərdə yaşamaq risklidir? Ekspert

Bakıda 16 min bina təhlükə altında: Hansı evlərdə yaşamaq risklidir? Ekspert

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illərdə Bakıda və digər şəhərlərdə sürətlə artan çoxmərtəbəli yeni binaların tikinti keyfiyyəti ilə bağlı cəmiyyətdə ciddi narahatlıqlar mövcuddur. İnsanlar arasında belə bir fikir formalaşıb ki, bəzi binaların inşasında keyfiyyətsiz materiallardan istifadə olunur və bu da onları hətta orta güclü zəlzələyə qarşı dayanıqsız edə bilər. Yeni tikililərin seysmik təhlükəsizlik baxımından etibarlılığı necə qiymətləndirilir və bu sahədə ictimai nəzarət mexanizmləri yetərlidirmi?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirib ki, Azərbaycanda tikintiyə nəzarət Fövqəladə Hallar Nazirliyi yaranandan güclənib. Yəni, 2006-cı ilə kimi nə inşa olunubsa, ola bilər ki, hər hansı qüsurlar olsun. Lakin 2006-cı ildən sonra ölkədə inşa olunan bütün çoxmənzilli binalar sınaqdan keçiriləndən sonra, hətta tikinti prosesində nümunələr götürülür və yoxlanılır.

Ekspertin sözlərinə görə, bina inşa olunub tam bitəndən sonra onun dayanıqlılığı və digər testlər aparılır. Testlərə uyğun olaraq FHN binanın təhlükəsiz olduğunu aşkar etdikdə, layihə sənədlərinə uyğun inşa olunub və digər qüsurların olmamasına görə rəy verir. Rəydən sonra bina dövlət istismarı qeydiyyatına alınır. Və çoxmənzilli binaya artıq çıxarışlar verilir. Bununla da proses bitir.

“Hər hansı bir keyfiyyətsiz inşaat materialı ilə tikilən binada istisna hal ola bilər ki, 16-cı mərtəbədə, gözə görünməyən yerdə fəhlə ya usta keyfiyyətsiz suvaq vurubdur misal üçün. Lakin konstruksiya hissəsində hər hansı bir qüsur ola bilməz. Əsas vətəndaşların təhlükəsizliyini və binanın təhlükəsizliyini təmin edən konstruksiya elementləridir. Bunların sınağı aparılır, yoxlanılır. Nəticə etibarilə, bütün ölkədə istismara qəbul olunmuş binalarda, hansılarki çıxarışlarla təmin olunub yaşayış üçün hər hansı bir təhlükə yoxdur.
Günü bu gün biz cəmiyyət olaraq təhlükədən danışırıqsa, ən çox təhlükə istismar müddəti bitmiş yaşayış binalarıdır. 5 mərtəbəyə kimi inşa olunan və istismar müddəti bitmiş binaların təkcə Abşeronda sayı 16 mindir. Bunlardan 1100 bina FHN tərəfindən qəzalı və qismən qəzalı kimi qeydə alınıbdır. 1100 binadan 194 bina artıq yaşayış üçün təhlükəli sayılır. Mart ayında bununla bağlı Nazirlər Kabinetində iclas keçirilib. 194 binanın taleyi ilə bağlı müvafiq qaydada məsələlərə baxılır. Hətta 50 milyon manat vəsait də ayrılmışdır ki, bu sektorda olan problemlər aradan qaldırılsın.

Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 İyun 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri