Bakıda hansı bazarlar daha ucuzdur? İqtisadçı ekspert AÇIQLADI
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hazırda turşu mövsümüdür. Bu günlərdə bir çox ailədə qış tədarükü görülür, analarımız müxtəlif tərəvəzlərdən turşular hazırlayaraq balon bağlayırlar. Təbii ki, turşu üçün lazım olan tərəvəzləri marketlərdən almaq qiymət baxımından hər zaman sərfəli olmur.
Bəs Bakıda qış tədarükü üçün tərəvəzləri daha münasib qiymətə hansı bazarlardan almaq olar?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirdi ki, turşu mövsümündə böyük marketlərdən yox, daha çox kənd təsərrüfatı və topdansatış bazarlarından alış etmək sərfəli olur:
"Sentyabrın sonlarında aparılan bazar müşahidələrində xiyarın 60 qəpik, badımcanın 70 qəpik, pomidorun 1,20 manat, dolmalıq kələmin isə 1 manat civarında təklif edildiyi görünür. Qiymətlər bazardan bazara və məhsulun keyfiyyətinə görə dəyişir. Bakıda turşuluq üçün ilk baxılacaq yerlərdən biri 8KM Topdan Bazardır. Burada həm pərakəndə, həm də nisbətən böyük həcmdə alış imkanı olduğundan, xüsusilə 10-20 kilo və daha çox məhsul götürənlər üçün qiymət danışmaq mümkün ola bilər. İyulda aparılan bazar müşahidəsində də 8-ci kilometr bazarında tərəvəzlərin nisbətən ucuzlaşdığı qeydə alınıb".
Ekspert həmçinin əlavə etdi ki, digər variant Meyvəli Ticarət Mərkəzidir. Onun sözlərinə görə, bura daha çox topdansatış və böyük həcmdə meyvə-tərəvəz alanlar üçün maraqlı ola bilər.
"Xüsusilə turşu üçün bir neçə məhsulu birlikdə alırsınızsa, müxtəlif satıcıların qiymətlərini müqayisə etmək faydalıdır.
Şəhərin mərkəzinə daha yaxın olan Yaşıl Bazarda da meyvə-tərəvəz çeşidi genişdir, amma sırf ucuzluq baxımından onu avtomatik olaraq ən sərfəli yer hesab etmək olmaz. Turşu üçün bazara gedərkən ən yaxşı üsul eyni məhsulun ən azı 3-4 satıcıdakı qiymətini soruşmaqdır. Xüsusilə xiyar, pomidor, badımcan, kələm, bibər və sarımsaq alırsınızsa, böyük həcmdə alış zamanı kiloqram qiymətini ayrıca soruşmaq lazımdır. Çünki satıcının ilkin dediyi qiymətlə 10-20 kiloqramlıq alış üçün razılaşdırılan qiymət arasında fərq yarana bilər. Yəni bu mövsümdə mənim tövsiyəm marketdən səbət-səbət almaqdansa, əvvəlcə 8-ci kilometr və Meyvəli kimi topdansatış yönümlü bazarlarda qiymətləri müqayisə etmək, sonra alış etməkdir. Hazırda bazarlarda tərəvəz qiymətləri arasında ciddi fərqlər ola bildiyindən, konkret olaraq “ən ucuz bazar” deməkdənsə, həmin gün 2-3 bazarı müqayisə etmək daha düzgün yanaşmadır", - deyə A.Nəsirli yekunlaşdırdı.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 01 Oktyabr 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















