Bakıda 3 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Bakıda 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir.
Bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Belə ki, iyunun 24-ü saat 09:00-dan 26 iyun saat 18:00-a qədər aidiyyəti qurum tərəfindən Abşeron-Puta mənzili üzrə cüt yolun 32-ci km PK 3-də (Dadaş Bünyadzadə küçəsi) yerləşən qorunan dəmiryolu keçidində əsaslı təmir işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Məhdudiyyət səbəbindən 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Abşeron-Puta mənzili 30-cu km PK 5-də yerləşən yolötürücüdən (28 May küçəsi) keçməklə təşkil ediləcək.
Bu mövzuda digər xəbərlər:Bakıda iki müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib
18 Fevral 2025 18:46
Bakıda 4 avtobus marşrutu üzrə hərəkət sxemi müvəqqəti dəyişdirilir
11 Avqust 2025 17:49
Bakıda 3 marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir
31 Yanvar 2025 16:52
Bakıda iki avtobus marşrutunun hərəkəti dəyişdirilir
16 May 2025 18:34
Bakıda 5 marşrutun hərəkət sxemi dəyişdirilir
08 May 2025 18:48
Baxış sayı:77
Bu xəbər 21 İyun 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















