Bakıda 4 avtobus marşrutu üzrə hərəkət sxemi müvəqqəti dəyişdirilir
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Sabah Bakıda Uluqbəy küçəsində (Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişməsindən Əhməd Rəcəbli küçəsinədək olan hissədə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Həmçinin Əhməd Rəcəbli küçəsində əvvəlcədən tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılacaq.
Bununla əlaqədar Ağa Nemətulla küçəsi (Fətəli xan Xoyski küçəsindən Uluqbəy küçəsinədək olan hissə) ilə hərəkət edən 2, 9, 11 və 24 nömrəli marşrutların hərəkəti dəyişdirilərək Əhməd Rəcəbli küçəsi ilə təşkil ediləcək.

Bakıda 3 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir
21 İyun 2025 16:26
Bakıda 3 marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir
31 Yanvar 2025 16:52
Bakıda 4 marşrutun hərəkət sxemi DƏYİŞDİRİLİR
13 Dekabr 2024 16:07
Bakıda iki müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib
18 Fevral 2025 18:46
Bakıda 5 marşrutun hərəkət sxemi dəyişdirilir
08 May 2025 18:48

