Bakıda 31 yeni abidə aşkarlanıb FOTO
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı şəhərinin Yasamal rayonunda yeni aşkar edilmiş 31 abidə nümunəsinin dövlət mühafizəsinə götürülməsi məqsədilə hazırlanmış qərar layihəsi müvafiq qurumlarla razılaşdırılaraq təsdiq üçün aidiyyəti üzrə təqdim olunub.
Ölkə.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclasında bildirilib.
İclasda 4 şəhər və 15 rayon üzrə 70 yeni aşkar edilmiş nümunənin rəsmi mühafizəyə alınması, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət mühafizəsindəki 10 abidənin məlumatlarına dəyişiklik edilməsi müzakirə olunub.
Xatırladaq ki, 2025-ci ildə dövlət mühafizəsində olan 8, 2026-cı ildə isə 87 abidənin məlumatlarına düzəlişlər həyata keçirilib.
Eyni zamanda, ötən il 51 yeni aşkar edilmiş nümunə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 15 Aprel 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















