Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxslərdən 31 kiloqram narkotik aşkarlanıb
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Yasamal rayonunda kuryerlərdən 31 kq narkotik vasitə aşkarlanıb.
DİN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları kuryerliyə cəlb olunaraq narkotiklərin satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyat keçirib. Növbəti tədbirlər zamanı 28 yaşlı Fəqan Məmmədov və 24 yaşlı Məhərrəm Həsənzadə saxlanılıblar. Onlardan ümumilikdə 31 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Araşdırma zamanı saxlanılanların maddi qazanc əldə etmək məqsədilə şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsi yaratmaları əldə olunan elektron məlumatlarla sübuta yetirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli şəxslərin ifşa ediməsi istiqamətində mübarizə tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 10 Sentyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















