Icma.az
close
up
RU
Bakıda 34 yaşlı kişi ögey qızına dəfələrlə təcavüz etdi TƏFƏRRÜAT

Bakıda 34 yaşlı kişi ögey qızına dəfələrlə təcavüz etdi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Xətai rayonunda 1991-ci il təvəllüdlü Arif yetkinlik yaşına çatmayan ögey qızı Ləmana (adlar şərtidir – red.) qarşı seksual xarakterli hərəkətlər edib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Arif 2021-ci ilin iyul ayından etibarən mütəmadi olaraq, sonuncu dəfə 22 oktyabr 2022-ci ildə birgə yaşadığı evində ona aşkar surətdə on dörd yaşına çatmayan ögey qızı Ləmanın köməksiz vəziyyətindən istifadə edib. 
Ona qarşı seksual hərəkətlər edib, onun qollarından vuraraq zor tətbiq etməklə müqavimətini dayandırmasını tələb edib, baş verənləri digər şəxslərə deyəcəyi təqdirdə onu öldürəcəyi, o cümlədən anası Məlahəti boşayacağı barədə hədələyib. Ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. 
Hadisəni törədən Arifin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ona qarşı irəli sürülmüş ittiham şər və böhtandır: “Mən həyat yoldaşım Məlahət ilə 2011-ci ildə tanış olaraq ailə qurmuşam. Həmin vaxt Ləman balaca uşaq olub. Mən bu balaca qızı, yəni Ləmanı da öz himayəmə götürərək böyüdüb boya-başa çatdırmışam. Baş vermiş hadisələr barədə olan məlumatlar əvvəlcədən mənə qarşı qurulmuş böhtandır. Məni şərləyiblər. Mənim  belə bir şey etməm mümkün deyil. Həyat yoldaşım Məlahət mənim evimdən, ümumiyyətlə həyatından çıxarmaq üçün bu planı quraraq barəmdə saxta məlumatlar yayıb”. 
Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı Məlahət ona qarşı kişilərin bağışlamadığı hərəkəti etsə də, o, Məlahəti sevdiyindən onu bağışlayıb: “Həmçinin Məlahətin bacıları düzgün yolun yolçuları olmayıblar. Onlar evimə gəldikdə, mən bununla bağlı öz narazılığımı bildirmişəm. Hətta Məlahətin bir bacısı Ramana qəsəbəsində yaşadığı vaxt sonuncunun əri həmin bacısını başqa kişi ilə tutmuşdu. Biz Əhmədli qəsəbəsində ev almışıq. Həmin evi Məlahət öz adına rəsmiləşdirilməsini məndən istəsə də, mən evi öz adıma rəsmiləşdirdim. Həbs edilməmişdən əvvəl Məlahətin bacıları ilə telefonda danışaraq sərt şəkildə sözlü mübahisə etdim. Bundan başqa, mən Məlahətin Hürü adlı bacısı ilə dalaşdım. Məlahətin bacıları ilə mənim aramda narazılıq yarandıqdan, eləcə də Əhmədli qəsəbəsində yerləşən ev alındıqdan sonra Məlahət bacıları ilə birlikdə həmin evi ələ keçirməklə məndən qurtulmaq istəyib. Ona görə də Məlahət bacıları ilə birlikdə belə şər və böhtan atmaqla, məni tutdurub. Ləmanın bu məsələlərdə heç bir günahı yoxdur”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, bu hadisələr, yəni atalığı Arifin ona qarşı pis hərəkətləri 2021-ci ildə başlayıb: “Biz təzə evə köçdükdən 1-2 ay sonra bu hadisələr başladı. Bizim ailəmiz dörd nəfərdən ibarətdir – özüm, anam, qardaşım və atalığım. İlk vaxtlar bu hərəkətlər əl-qol hərəkətləri ilə başladı. Sonradan isə atalığım mənim intim yerimə toxunmağa başladı. Daha sonra mənə arxadan pis hərəkətlər etdi. Bu hadisələrin neçə dəfə baş verməsini mən dəqiqliklə deyə bilmirəm. Lakin çoxlu sayda baş verib. Mən heç vaxt Ariflə könüllü şəkildə yaxınlıq etməmişəm”. 
İş üzrə zərərçəkmiş Ləmanın anası Məlahətin sözlərinə görə, onlar 2021-ci ilin may ayında hal-hazırda yaşadıqları, yəni Əhmədli ərazisindəki evə köçüblər: “Mənim heç bir zaman ağlıma gəlməzdi ki, ərim Arif qızım Ləmana qarşı hər hansı bir hiss yaşayar. Çünki mən belə bir hadisənin baş vermə ehtimalını heç vaxt düşünməzdim. 2022-ci ilin oktyabr ayına qədər qızıma qarşı etdiyi iyrənc hərəkətlər barəsində qorxduğu üçün səsini belə çıxarmayıb. Lakin oktyabr ayında qızım öz xalasına, yəni bacıma ögey atası Arifin ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirib. Qızımın dediklərinə görə, ilk vaxtlar Arif ona zarafatcasına toxunduğunu bildirib. Lakin 2022-ci ildə Arif artıq qızımı soyunduraraq sonuncunun onun intim yerlərinə toxunmağa başlayıb. Həmçinin qızımın dediyinə görə Arif onunla bir neçə dəfə arxadan cinsi əlaqədə olub. Oktyabr ayında qızım öz xalasına baş verən hadisələri danışdıqdan sonra mən onunla danışmağa başladım. Qızımdan hadisəni mənə bildirməsini istədim. Qızım da mənə baş verənləri danışdıqdan sonra onu polis bölməsinə, daha sonra isə ekspertizaya apardım. Ekspertiza rəyindən də görünür ki, həqiqətən də qızımın dedikləri doğru olub. Arif qızımla cinsi əlaqədə olub. Arif evdə olan zaman tez-tez qızıma “ilişib”. Lakin Arifin Ləmana ögey atası olduğundan buna çox fikir verməmişəm”.
İş üzrə şahid qismində ifadə verən təcavüzə məruz qalan qızın qardaşının sözlərinə görə, onun atasının adı Arif, anasının adı isə Məlahətdir: “Mənim bacım var və adı Ləmandır. Mən Ləmanı çox istəyirəm. Mənim 10 yaşım var. Bizim yaşadığımız ev üç otaqdan ibarətdir, həmçinin hamam otağı və tualet var. Atam mənə başqa otağa keçib orada telefon ilə oynamağı deyib. Ləman yatanda məni otaqdan çıxarıb. Qayıdanda isə hələ də Ləmanın eyni formada yatdığını görmüşəm. Ləman mənə ata və anamız haqqında heç nə deməyib. Bizim evimizdə qarına taxılan, yəni arıqlamaq üçün aparat olub. Həmin aparatı atam mənimlə birlikdə gedib metronun üstündən alıb. Həmin aparatdan Ləman istifadə edib. Atam deyib ki, həmin aparatdan qarın arıqlaması üçün istifadə edilir. Ləman çox kök deyil, orta çəkidədir. Anam axşam işdən gələndə bilib ki, atam mənimlə gedərək arıqlamaq üçün aparat alıb. Ləman axşamlar aparatı taxıb. Lakin Ləman özü aparatı taxmayıb. Bir dəfə atam zəng edərək dedi ki, aparatı tax. Ləman da başının ağradığını bildirdi. Lakin atam yenə də aparatı taxmasını ona tapşırdı. Biz hamımız eyni otaqda yatmışıq. Lakin Ləmanın öz yatağı var, mən isə anam və atam ilə birlikdə yatmışam. Mən evdə olanda Ləman ilə atam Arifin hər gün yataqda uzandıqlarını görmüşəm. Atam bacıma deyib ki, gəl qucaqlayım səni. Ləman isə atam ilə yatmaq istəməyib”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Arif 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs tərəfindən verilən şikayət təmin olunmayıb. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri