Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şamaxıda 34 yaşlı oğlan ögey anasını qanına boyadı, həbs edildi TƏFƏRRÜAT

Şamaxıda 34 yaşlı oğlan ögey anasını qanına boyadı, həbs edildi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Şamaxı rayonunda 34 yaşlı oğlan ögey anasına xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində baş verib. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Elşən ögey anası Zərinə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib. 
Mübahisə zamanı o, zərərçəkmiş şəxsin onu təhqir etməsindən qəzəblənib. Cibindən çıxartdığı bıçaqla əvvəlcə ögey anasının sol döş nahiyəsindən qəsdən bir dəfə zərbə vurub. Həmin vaxt zərərçəkmiş şəxs özünü müdafiə məqsədilə bıçağı əli ilə tutaraq saxladığı üçün bıçağın onun barmağını kəsib. 
Daha sonra oğul həmin bıçaqla zərərçəkmiş şəxsin qarın və kürək nahiyələrindən qəsdən daha iki dəfə zərbə vurub. 
Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 
O, ifadəsində göstərib ki, 2013-cü ildə ailə həyatı qurub və bir müddət Quşçu kəndində atası Alşan ilə birlikdə yaşadıqdan sonra onlardan ayrılıb, başqa evə köçüb: 
“Atam Şəhriyar qəsəbəsində özü üçün ev tikdirdi. Mən də atamın evinin yanında özüm üçün ev tikdirərək, orada yaşamağa başladım. Bir müddət sonra mənim atam ilə münasibətlərim pozuldu. Hadisə günü, saat 9 radələrində atam Alşan və ögey anam Zərinənin yaşadığı evin qarşısında sonuncu ilə aramızda mübahisə baş verdi. Mübahisə zamanı ilk öncə Zərinə məni təhqir etdi. 
Mən də cavabımda Zərinəni təhqir etdim. Lakin, Zərinəyə bıçaqla hər hansı bir xəsarət yetirməmişəm. Zərərçəkmiş şəxsdən 8000 manat istəməmişəm və hər hansısa bir hədə-qorxu gəlməmişəm. 
Mən avtomobil almaq məqsədi ilə özüm üçün bir qədər pul yığmışam və Zərinə ilə münasibətlərim yaxşı olduğundan ondan borc pul istəmişəm. Zərinə 3000 manata qədər borc pul verə biləcəyini dedi. Lakin  söylədim ki, 3000 manat azdır və bir qədər çox borc pul versin. Mən özüm bir qədər pul yığmışdım. Lakin 5000 manat pulum çatmayıb”. 
İş üzrə zərərçəkmiş Zərinənin sözlərinə görə, 2008-ci ildə Alşan ilə qeyri-rəsmi ailə həyatı qurub və həmin evlilikdən 3 övladı var: 
“Təqsirləndirilən şəxs mənim ögey oğlumdur. Elşən ailə həyatı qurduqdan sonra, 2013-cü ildən bizdən ayrı yaşamağa başladı. 2015-ci ildən isə Elşən yaşadığımız Şəhriyar qəsəbəsində olan evin yaxınlığında özü üçün ev tikdirdi və ailəsi ilə birlikdə orada yaşamağa başladı”. 
Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat 9 radələrində  yaşadığı evdən küçəyə çıxıb və toyuqlarını evə gətirmək istəyib: 
“Bu zaman Elşənin qaçaraq, mənə yaxınlaşdığını gördüm. Həmin vaxt aramızda yaranmış mübahisə zamanı  Elşənin həyat yoldaşının və uşaqlarının ünvanına nalayiq ifadələr işlətdim. Elşən cibindən knopka ilə açılıb-bağlanan bıçağı çıxardaraq, üzərimə hücum çəkdi və ilk əvvəl ürəyimin üstündən vurmaq istədikdə sağ əlim ilə bıçağı tutdum və saxladım ki, mənə xəsarət yetirə bilməsin. Lakin, həmin vaxt Elşən bıçaqla sol döş nahiyəmdən xəsarət yetirdi və bıçağı tutaraq saxladığım üçün , barmaqlarım kəsildi. Elşənə müqavimət göstərdiyim üçün yenidən mənə xəsarət yetirmək məqsədi ilə əlindəki bıçaqla qarnımın sol nahiyəsindən vurdu. 
Mən qaçmaq istədikdə, Elşən sol kürək nahiyəmdən vurmaq istəsə də, bıçaq kürək nahiyəmə batmadı. Amma kürəyimdən xəsarət almışam və qışqıraraq qonşuları köməyə çağırdım. Yerdən götürdüyüm daşı Elşənə atmışam. Elşən qışqırdığımı görərək dərhal həmin yerdən uzaqlaşdı. Bundan sonra evə daxil oldum və həyətdə oturan zaman səhhətimin pisləşdiyini gördüm. Oğlum Ədalətə söylədim ki, təcili tibbi yardıma zəng edərək kömək çağırsın. Həkimlər gəldikdən sonra məni Şamaxı Rayon Diaqnostika Mərkəzinə apardılar və orada mənə tibbi yardım göstərildi”. 
Bu cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elşən 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi tapşırılıb. 
Bundan başqa, onun cəza çəkdiyi müddətdə Şamaxı rayonunun ərazisini tərk etməsi qadağan olunub. Müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi tapşırılıb.
Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. 
Şikayətçi ögey oğlunun barəsində olan hökmün ləğv edilməsini, onun azadlıqdan məhrum edilməsini istəyib. 
Şikayətçi qeyd edib ki, məhkəmə təqsirləndirilən şəxsə ittiham hökmü çıxarmasına baxmayaraq cəzanı daha az təyin edib. 
Onun sözlərinə görə, istintaq orqanı ona dəyən dörd bıçaq zərbəsini düzgün qiymətləndirməyib. 
Şikayətçinin sözlərinə görə, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi qaldırıb: 
“Halbuki, həmin əməl ictimai yerdə törədilib və Cinayət Məcəlləsinin 221-ci maddəsinin 3-cü bəndi ilə təqsirli bilinməli idi. Çünki silah qismində bıçaqdan istifadə olunub. Həmin işin təkrar araşdırılması üçün istintaq orqanına qaytarılması üçün Şamaxı rayon Məhkəməsinə vəsatətlə müraciət etməyimizə baxmayaraq məhkəmə bu vəsatətlərin hər hansı birini təmin etmədi. Cinayət Məcəlləsinin 128-ci maddəsində cəzanın yuxarı həddinin 1 ilədək azadlıqdan məhrum etmə cəzası var. Məhkəmə barışığın və dəymiş olan ziyanın ödənilməməsi hallarına baxmayaraq cəzanın azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırmadı”.
Bu şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 
Qərara görə, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. 
Elşən 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. 
O, məhkəmə iclas zalından həbs edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 İyul 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri