Bakıda 363 min manata ev aldı Keçmiş sahibinə görə mənzilə həbs qoyuldu VİDEO
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
363 min manat ödəyib çıxarışıla aldığı mənzil indi sahibinə ciddi problem yaşadır.
AZXEBER.COM Xəzər Tv-yə istinadən xəbər verir ki, Şahsuvar Əhədov deyir ki, 2024-cü ildə Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən çoxmərtəbəli binadakı mənzili Gündüz Gözəlovdan alıb.
Alqı-satqı rəsmi qaydada həyata keçirilib, pul ödənilib və mənzil vətəndaşın adına rəsmiləşdirilib. Şahsuvar Əhədov deyir ki, mənzili alarkən üzərində hər hansı borc, ipoteka və yaxud da girov olmayıb.
Şahsuvar Əhədov mənzilin keçmiş sahibinə müraciət etdikdə isə onun borcunun olduğunu öyrənib və iddiasına görə, Gündüz Gözəlov borcu icra şöbəsinin iştirakı ilə ödədiyini bildirib. Hətta ödənişin tam icra edilməsi ilə bağlı arayış da Şahsuvara təqdim edilib.
Hazırda Şahsuvar Əhədov mənzilinin üzərindəki həbsin götürülməsini və mülkiyyət hüququnun tam təmin olunmasını tələb edir. Məsələ ilə bağlı Xətai Rayon Məhkəməsinin mövqeyini öyrənməyə çalışdıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 29 Avqust 2026 22:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















