Icma.az
close
up
RU
Bakıda 37 yaşlı oğlan sevgilisini liftdə döydü TƏFƏRRÜAT

Bakıda 37 yaşlı oğlan sevgilisini liftdə döydü TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Bakının Sabunçu rayonunda 1987-ci il təvəllüdlü Bəxtiyar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı Bahara (adlar şərtidir red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların yaşadıqları binanın blokundakı liftin içərisində baş verib. Bəxtiyar şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı Baharın sol sifət nahiyəsindən şillə ilə bir dəfə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 1q28-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan  edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəxtiyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Bahar ilə hadisədən 2 ay əvvəl tanış olub və aralarında münasibət yarandığı üçün qeyri-rəsmi olaraq yaşamağa başlayıblar: “Lakin son günlər Baharın mənə qarşı soyuq münasibətini hiss etdim. Bu barədə ona dedim. Lakin sonuncu etiraf etmədi. Bu da aramızda daha da narazılıqlara səbəb oldu. Bu barədə Baharın özü ilə söhbət etmək istədim. Odur ki, hadisə günü, səhərə yaxın saat 5 radələrində Baharın Gülnarənin yaşadığı ünvana gəldim. Qapını döydükdə, qapını açdı. Mən evə keçdim. Bu zaman Bahara aramızda olan münasibətlərin soyuq olmasına səbəbin nə olmasını soruşmaq istədim. Bahar düşərək həyətdə sakit şəkildə söhbət etməyimizi dedi. Odur ki, birlikdə həyətə düşmək üçün evdən çıxdıq. Biz birlikdə liftə daxil olduq. Liftdə Bahar ünvanıma nalayiq küçə söyüşləri ilə söyərək təhqir etdiyi üçün əsəbləşdim. Bir dəfə onun sifətindən şillə ilə vurdum. Sonra lift birinci mərtəbəyə çatdı. Mən liftdən düşən zaman qarşımızda dayanan Baharın əlimlə yavaşca yolumun üstündən çəkilməsi üçün kənara itələyərək getdim. Törətdiyim cinayət əməlindən peşmanam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Baharın sözlərinə görə, təqsirləndirilən Bəxtiyar ilə hadisədən iki ay əvvəl tanış olub və aralarında münasibət yarandığı üçün qeyri-rəsmi münasibətdə yaşamağa başlayıblar: “Lakin, son günlər xasiyyətlərimiz düz gəlmədiyini gördüm və ayrılmaq qərarına gəldik. Bəxtiyar isə ayrılmaq istəmədi. Buna görə də tez-tez yaşadığım evə gəldi. Mən  isə Bəxtiyara məni bir daha narahat etməməsini dedim. Bəxtiyar məni başqası ilə əlaqədə olmaqda günahlandırdı”. 
Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə hadisə günü, səhərə yaxın saat 5 radələrində yaşadığı evdə olan zaman qapı döyülüb: “Mən qapıya yaxınlaşanda Bəxtiyarın olduğunu gördüm. Qapını açdım və Bəxtiyar evə keçdi. Bu zaman Bəxtiyar mənimlə sözlə mübahisə etməyə başladı. Mən evdə səs-küy salmamasını, düşərək həyətdə sakit şəkildə söhbət etməyi dedim. Odur ki, birlikdə həyətə düşmək üçün evdən çıxdıq. Birlikdə liftə daxil olan zaman yenidən Bəxtiyar mənimlə mübahisə etməyə başladı. Bu zaman gözləmədiyim anda Bəxtiyar bir dəfə şillə ilə sifətimin sol nahiyəsindən zərbə vurdu. Sonra liftin qapısı açılanda əli ilə məni itələyərək getdi. Bəxtiyarın hərəkətlərindən artıq bezdiyim üçün bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdim. Bəxtiyar adlı şəxsin barəsində qanuni tədbir görülməsini və cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdim”. Zərərçəkmiş deyib ki, hadisə onun yaşadığı ünvanın blokundakı liftin içərisində baş verib: “Bəxtiyar məni bir dəfə şillə ilə sifətimdən vurması ani zaman kəsiyində baş verdi. Həmin vaxt liftdə Bəxtiyarla məndən başqa heç kəs olmayıb. Hadisəni heç kəs görməyib. Həmçinin baş vermiş mübahisə zamanı mən onu vurmamışam. Bəxtiyar məni bir dəfə şillə ilə sifətimdən vurduqdan sonra əlim ilə itələyən zaman o, hər hansı xəsarət almayıb. Bəxtiyar məni yalnız şillə ilə sifətimdən vurması nəticəsində sol göz və sol sifət nahiyələrimdən xəsarət almışam. Ondan şikayətçiyəm”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəxtiyar aylıq qazancından 10 faiz dövlət nəfinə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Fevral 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri