Icma.az
close
up
RU
Bakıda 40 mindən çox mənzil dövlət mülkiyyətində qalır

Bakıda 40 mindən çox mənzil dövlət mülkiyyətində qalır

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Böyük şəhərləri çoxmərtəbəli binalar olmadan təsəvvür etmək çətindir. Sürətlə artan əhali, məhdud torpaq ehtiyatları və urbanizasiya prosesi şəhərsalma siyasətində çoxmərtəbəli binaları əsas elementlərdən birinə çevirib. Çoxmərtəbəli binaların əsas üstünlüyü az sahədə daha çox insanın yerləşdirilməsinə imkan yaratmasıdır. Bu, xüsusilə torpaq ehtiyatı məhdud olan böyük şəhərlərdə vacibdir.
Bu cür binalar əhalinin kompakt yerləşməsi su, kanalizasiya, elektrik, ictimai nəqliyyat kimi infrastrukturların daha səmərəli planlaşdırılmasına şərait yaradır. Belə tikiləlrəin inşası həm iqtisadi baxımdan xərcləri azaldır, xidmətlərin əlçatanlığını artırır.
Çoxmərtəbəli binalar düzgün planlaşdırıldıqda şəhərin inkişafına ciddi töhfə verə bilər. Təbii ki, bu proses yalnız iqtisadi deyil, sosial və ekoloji aspektlər nəzərə alınmaqla həyata keçirilməlidir.
Digər böyük şəhərlər kimi, Bakıda da yüzlərlə çoxmərtəbəli bina var. Amma bu binalarla bağlı bir sıra problemlər qalır: məsələn, bina sahibinin qeyri-müəyyənliyi, idarəetmədə qarışıqlıq, Mənzil Tikinti Kooperativlərinin (MTK) faktiki, amma qeyri-rəsmi idarəetməsi və s.
Praktika göstərir ki, çoxmərtəbəli binanın idarə edilməsi Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri (MMMC) vasitəsilə həyata keçirilməli olduğu halda, belə deyil.

Sovet dövründə inşa edilmiş binalar vaxtilə mənzil-istismar sahələrinin (MİS) balansında olub. Müstəqillikdən sonra isə əksər mənzillər özəlləşdirilib, bina bütövlükdə dövlət balansından çıxıb. Bu gün həmin binalar hüquqi baxımdan mənzil sahiblərinin ümumi mülkiyyətidir.

Lakin problem ondadır ki, real idarəetmə mexanizmi çox vaxt yoxdur, sakinlər MMMC yaratmayıblar, nəticədə bina “sahibsiz” kimi görünür.
Modern.az saytı Bakı meriyasından paytaxtdakı çoxmərtəbəli binalarla bağlı bəzi məlumatlar əldə edib.
Məlum olub ki, hazırda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində olan Mənzil-Kommunal Təsərrüfatı birliklərinin (MKTB) balansında 11 244 yaşayış binası var.
Bu binalardakı mənzillərin sayı 310 386-dür. Onlardan 269 950-si özəlləşdirilib, 40 436 isə dövlət mülkiyyətinə qalır.
MKTB-lərin balansında olan binların 4903-ü birmərtəbəli, 1933-ü ikimərtəbəli, 552-si üçmərtəbəli, 449-ü dördmərtəbəli, 2106-sı beşmərtəbəlidir.
1112 bina doqquzmərtəbəli, 49 bina onmərtəbəlidir. 19 bina onikimərtəbəli, 14 bina onaltımərtəbəlidir.
MKTB-lərin balansında olan binların 7-si onyeddimərtəbəli, 2-si onsəkkizmərtəbəli, 1-i ondoqquzmərtəbəlidir.
MKTB-lərin balansında olan binlardan 310 386-nın lifti var.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Yanvar 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri