Bakıda 5 nəfər dəm qazından öldü Birinin 10 yaşı var Yenilənib
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda daha iki nəfər dəm qazından ölüb.
“Qafqazinfo” xəbər verir ki, 2001-ci il təvəllüdlü Əhmədəli Əhmədzadənin meyiti dünən saat 21 radələrində yaşadığı Yasamal rayonu Mirzə Cabbar Məmmədzadə küçəsindəki evdə tapılıb.
Onun hamam otağında dəm qazından zəhərlənərək öldüyü müəyyənləşib.
Oxşar hadisə Binəqədi rayonunda da baş verib. 2006-cı il təvəllüdlü Fərəc Nazim oğlu Rzayev dünən yaşadığı Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
***
Bu gecə saaat 01 radələrində isə 2016-cı il təvəllüdlü Uğur Samid oğlu Vəlizadə yaşadığı Binəqədi rayonu E.Babayev küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan 10 yaşlı oğlan vəfat edib.
Xəzər rayonunda isə 2 nəfər dəm qazının qurbanı olub. Buzovna qəsəbə sakini 2012-ci il təvəllüdlü Əli İsmayıl oğlu Nəsirov və Binə qəsəbə sakini 1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov yaşadıqları evin hamam otaqlarında dəm qazından zəhərlənərək ölüblər.
Hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır.
Baxış sayı:59
Bu xəbər 22 Yanvar 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















