Bakıda daha 2 nəfər dəm qazından öldü
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, Yasamal rayon Ü.Əkbərov küçəsində kirayə yaşayan Muradov Faiq Yusif oğlu hamam otağında çimərkən dəm qazından zəhərlənib.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Oxşar hadisə dünən Xəzər rayonunda da qeydə alınıb. Binə qəsəbəsinin Qardaşxan küçəsində fərdi yaşayış evində yaşayan Qasımova Xəyalə Asif qızı evdə dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla bağlı rayon prokurorluqlarında araşdırma aparılır.
Baxış sayı:94
Bu xəbər 25 Dekabr 2025 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















