Icma.az
close
up
RU
Bakıda 52 yaşlı kişi qohumunun azyaşlı qızına təcavüz ETDİ

Bakıda 52 yaşlı kişi qohumunun azyaşlı qızına təcavüz ETDİ

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bakının Suraxanı rayonunda 1973-cü il təvəllüdlü Babək qohumunun yetkinlik yaşına çatmayan qızı Gülnarəyə (adlar şərti verilib – red.) təcavüz edib.

Redaktor.az teleqraf.az-a istinadla xəbər verir ki, Babək Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz ünvanda yerləşən evinin həyətinə velosipedinin təkərlərinə hava vurdurmağa gəlmiş qonşuluqda yaşayan, yetkinlik yaşına çatmamış qohumu Gülnarəni daş hasarla evin arasında olan yerə aparıb.

Əqli inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə seksual hərəkətlərin mahiyyətini dərk etmək, həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətində olmayan Gülnarənin köməksiz vəziyyətindən istifadə edib. Əynindəki şalvarını və alt paltarını çıxarıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Babək Gülnarə ilə eyni üsulla iki dəfə ayrı-ayrı günlərdə cinsi əlaqədə olub. Yetkinlik yaşına çatmayan qızın valideynləri hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən Babəkin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

“Sıx gediş-gəlişimiz olub”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Babək ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, hadisə zamanı bacısnın həyətində işləyib: “Bir müddət oğlum da yanımda idi, sonra getdi.

Gülnarə mənim qonşumdur, onu tanıyıram. O mənim yanıma gəldi. Gəlişinin səbəbini soruşdum, sadəcə söhbət etmək istədiyini dedi. Bizə gəlib getməyi dörd-beş dəqiqə çəkdi. On-on beş gün sonra mənə məlumat çatdı ki, guya Gülnarəyə seksual hərəkətlər etmişəm.

Gülnarəgil bizə tez-tez gəlirdilər. Aramızda ədavət olmayıb. Ümumiyyətlə, iki ailə arasında sıx gediş-gəliş olub”.

“Mənə yaxınlıq etməyə çalışıb”

Təqsirləndirilən şəxs qeyd edib ki, Gülnarə ondan nasos istəyib, baş verdiyi iddia olunan seksual xarakterli hərəkətlər barədə deyilənlərin hamısını qonşusu Məlahət uydurub:

“Məlahət mənimlə münasibət qurmaq istəyirdi. Mən isə buna etiraz etmişəm. Bundan sonra bunu uydurub. İki ildən çoxdur ki, cinsi zəifliyim var.

Əvvəllər Məlahətlə həyat yoldaşı arasında mübahisə olurdu. O da tez-tez bizə çay içməyə gəlidi. Bizə gələndə bəzən evdə tək olurdum. Mənimlə yaxınlıq etməyə çalışırdı. Lakin mən etiraz edirdim. Bunu hiss edən yoldaşım da acıqlanmışdı. Buna görə Məlahətlə mübahisə eləmişdi ki, bizə gəlməsin. Mən Gülnarəyə heç nə etməmişəm”.

“Mənə böhtan atırlar”

Məhkəmədə Babəkin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. O, həmin ifadəsində də özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, zərərçəkmiş şəxsin qanuni nümayəndə Nazilə onun qohumudur:

“Nazilənin qaynı bacımın həyat yoldaşıdır. Nazilə və ailə üzvləri ilə heç bir düşmənçiliyimiz, ədavətimiz yoxdur. Özüm namaz qılıram, iş olan zaman evlərdə usta işləyirəm. Nazilə yalan danışır. Onun qızı Gülnarə ilə cinsi əlaqədə olmamışam. Mənə böhtan atırlar”.

Təqsirləndirilən şəxs bildirib ki, evinin həyətində boruların yerini düzəldərkən Gülnarə onun yaşadığı evin həyətinə gəlib və velosipedinin təkərlərinə hava vurmasını xahiş edib: “Etiraz eləmədim, dedim, velosipedi gətir. Həmçinin mənə kömək məqsədilə Gülnarəyə yaxınlıqda olan şiferi yanıma gətirməsini bildirdim. O da şiferi gətirib mənə verdi.

Bu zaman qonşu Məlahət də bizə yaxınlaşaraq su vurub-vurmayacağımı soruşdu. Sonra Gülnarə Məlahətlə çıxaraq evin həyətindən getdilər. Gülnarə ilə heç bir vaxt cinsi əlaqədə olmamışam”.

“Bunun utanılacaq hərəkət olduğunu bildim”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Gülnarənin sözlərinə görə, velosipedinin təkərlərinə hava vurmaq lazım olanda Babəkin yanına gedirmiş: “Dəqiq tarix yadımda deyil, yenə velosipedimin təkərlərinə hava vurdurmaq üçün Babəkgilin həyətinə getdim.

O məni həyətdəki evin yan tərəfinə apardı. Üzümü özünün əks tərəfinə çevirdi, şalvarının "zamok"unu açdı. Mənim də paltarlarımı aşağı çəkdi. Onun nə etmək istədiyini dərk etmədim. Mənə qarşı iyrənc hərəkətlər etməyə başladı. Ağrı hiss etdiyim üçün aralanmaq istədim. Amma imkan vermədi. Səsimi çıxarmamağı tapşırdı.

Həmin vaxt qorxduğum və çəkindiyim üçün heç nə edə bilmədim. Sonra Babək paltarımı geyinməli olduğumu bildirdi və velosipedimin təkərlərinə hava vurdu. Bu barədə əgər kiməsə nəsə desəm, bir daha velosipedimin təkərlərinə hava vurmuyacağını söylədi.

Eyni zamanda mənə mağazadan özümə cipsi və digər şeylər almağım üçün pul verdi. Lakin dəqiq nə qədər pul verdiyini xatırlamıram.

Babəkin mənə etdiyi hərəkətin utanılacaq hərəkət olduğunu bildiyimdən anamgilə desəm, məni döyəcəklərindən qorxduğum üçün bu barədə heç kəsə heç nə demədim.

Babəkin verdiyi pula da özüm üçün mağazadan cipsi və digər əşyalar alaraq yedim”.

Zərərçəkmiş qeyd edib ki, növbəti dəfə dəqiq tarix yadında olmayan vaxtda yenə də velosipedinə hava vurdurmaq üçün Babəkin yaşadığı evin həyətinə gedib:

“Həyətdə heç kəs yox idi. Yenə məni evlərinin yan tərəfinə apardı, çirkin hərəkətlər etdi. Həmin vaxt da ağrı hiss etdiyim üçün əlindən çıxmaq istəsəm də, buna imkan vermədi”.

“Hər şeyi danışdım”

Gülnarənin sözlərinə görə, Babək ona qarşı bu hərəkətləri 3 dəfə ayrı-ayrı vaxtlarda evinin yanında edib:

"Sonuncu dəfə Babək mənə həmin hərəkətləri etdiyi günün səhəri qonşuluqda yaşayan Məlahət məni həyətdə gördü. Məndən Babəklə nə iş gördüyümüzü soruşdu, valideynlərimin qorxusundan ona da heç nə demədim. Lakin o, olanları gördüyünü dedikdə hər şeyi açıb danışdım.

Məlahət məsləhət gördü ki, bunları anama da danışım. Amma qorxduğum üçün anamgilə heç nə demədim. Aradan bir neçə gün keçdikdən sonra anam məndən bu barədə soruşdu. Əvvəl qorxaraq ağladım, sonra ona hadisəni danışdım”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Babək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Fevral 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri