Bakıda 60 manata əl enerjisi ilə müalicə Bİ ES VİP də qalmaqallı görüntülər (VİDEO)
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bİ ES VİP" estetik klinikasında izdihamlı anlar yaşanıb.
Qaynarinfo xəbər verir ki, hadisə bu günlərdə baş verib.
Məlumata görə, klinikada xəstələri əl enerjisi ilə müalicə edən özbək əsilli, "Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı "həkim”in qəbulu keçirilib.
O, bioenerji və ya enerji terapiyası ilə məşğul olduğunu qeyd edib. Müasir tibbdə enerji terapiyası alternativ tibb və ya parapsixologiya sahəsinə aid edilir.
İqbol Soliyevin "Bİ ES VİP” estetik klinikasında qəbuluna minlərlə xəstə gəlib. Bir xəstənin qəbulu 60 manat olub.
Klinikdan verilən məlumata görə, İqbol Soliyev sözügedən tibb müəssisəsinin əməkdaşı deyil. O, iki günük qəbul keçirib və bundan sonra klinikadan ayrılıb.
Qaynarinfo-nun məlumatına görə, İqbol Soliyev vətəni Özbəkistanda xalq təbabəti ilə bağlı qanunvericliyi pozduğuna görə 15 sutka həbs edilib.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 11 Mart 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















