Icma.az
close
up
RU
Bakıda 6909 cinayət qeydə alınıb: Açıqlanma faizi 93,2 yə çatıb

Bakıda 6909 cinayət qeydə alınıb: Açıqlanma faizi 93,2 yə çatıb

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“2026-cı ilin birinci yarımilində Bakı şəhəri üzrə 6909 cinayət hadisəsi qeydə alınıb və onların 93,2 faizinin açılması təmin edilib.”

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda keçirilən 2026-cı ilin birinci yarımilinin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.

İyulun 16-da keçirilən müşavirədə cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatların, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirak etdiyi sosial, iqtisadi və humanitar layihələrin Azərbaycanın davamlı inkişafına mühüm töhfə verdiyini bildirib.

Qeyd olunub ki, 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması ilə əlaqədar paytaxt prokurorluq orqanları tərəfindən ictimaiyyətlə əlaqələrin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Xətai və Yasamal rayon prokurorluqlarında media nümayəndələri və qeyri-hökumət təşkilatlarının iştirakı ilə "Açıq qapı" günləri təşkil olunub.

Müşavirədə bildirilib ki, 2026-cı ilin ilk altı ayında Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə ümumilikdə 6909 cinayət hadisəsi qeydə alınıb. Onların 93,2 faizinin açılması təmin olunub.

Diqqətə çatdırılıb ki, paytaxtda törədilmiş qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısı hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində açılıb.

Hesabat dövründə Bakı şəhər prokurorluğu tərəfindən 120 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 70-i baxılması üçün məhkəmələrə göndərilib. Daxili işlər orqanlarının istintaq qurumları isə 3148 cinayət işinin istintaqını yekunlaşdıraraq 2338 işi məhkəməyə göndəriblər.

Məlumata görə, prokurorluq tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 8 milyon 777 min 740 manat maddi ziyanın 6 milyon 432 min 712 manatı, yəni 73,2 faizi ödənilib.

Müşavirədə axtarışda olan və xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində tədbirlərin daha da intensivləşdirilməsi, vətəndaş müraciətlərinə operativ baxılması və xüsusilə şəhid ailələri, itkin düşmüş şəxslərin yaxınları, eləcə də sağlamlığını itirmiş şəxslərin müraciətlərinə xüsusi həssaslıqla yanaşılması barədə tapşırıqlar verilib.

Qeyd olunub ki, hesabat dövründə Bakı şəhər prokurorluğuna 10 573 müraciət daxil olub, 1299 vətəndaş qəbul edilib. Onlardan 173 nəfər birbaşa Bakı şəhər prokuroru tərəfindən qəbul olunub.

Müşavirədə "Elektron Prokurorluq" informasiya sisteminin tətbiqinin işin səmərəliliyinə müsbət təsiri də vurğulanıb. Bildirilib ki, bütün prokurorluq əməkdaşlarının prosessual sənədlərin elektron qaydada hazırlanması və elektron sənəd dövriyyəsi sistemində işləməyə tam hazır olması vacibdir.

Eyni zamanda, cari ilin birinci yarısında artım müşahidə olunan cinayətlərin profilaktikasının gücləndirilməsi, əvvəlki illərdən açılmamış qəsdən adam öldürmə cinayətlərinin istintaqının davam etdirilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.

Müşavirədə həmçinin bildirilib ki, hesabat dövründə xidməti və əmək intizamına ciddi nəzarət nəticəsində Bakı şəhər prokurorluq orqanlarının bir əməkdaşı intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edilib.

Tədbirin sonunda Bakı şəhər prokurorunun müavinləri və rayon prokurorları hesabat məruzələri ilə çıxış edərək görülən işlər barədə məlumat veriblər. Yekun nitqində Elşən Abbasov cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ölkədə ictimai-siyasi sabitliyin qorunması istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 İyul 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri