Icma.az
close
up
RU
Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Gələn ildən etibarən Azərbaycanın bütün şəhər və rayonlarının yerli xərclərini öz gəlirləri hesabına qarşılaması nəzərdə tutulur. 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapan bu yanaşma regionların maliyyə imkanları ilə bağlı bir sıra suallar yaradır.

Bəs özünümaliyyələşdirmə nə deməkdir və bu mexanizm rayonların büdcə gəlirlərinə necə təsir göstərəcək? Bütün rayonlar həqiqətən özlərini maliyyələşdirmək gücündədirmi?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Vəsaitlərin bölüşdürülməsi prosesi sürətlənəcək

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, rayonların özünümaliyyələşdirməyə keçməsi yerli büdcələrin idarə olunmasında səmərəliliyin artırılmasına, maliyyə vəsaitlərinin daha operativ bölüşdürülməsinə və büdcə intizamının gücləndirilməsinə şərait yarada bilər. Bu, yerli səviyyədə formalaşan maliyyə vəsaitlərinin idarə olunmasında yeni yanaşma deməkdir. Belə bir model yerli gəlirlərin müəyyən hissəsinin rayonun ehtiyaclarına yönəldilməsinə və maliyyə resurslarının daha çevik idarə olunmasına imkan verəcək.

"Bu yanaşma yerli büdcələrin gəlirlərin toplanmasında daha maraqlı və intizamlı olmasına şərait yaradır. Çünki yerli qurumlar topladıqları vəsaitlər hesabına öz layihələrini həyata keçirmək imkanlarının artmasında maraqlı olurlar. Bu da həm gəlirlərin tam həcmdə toplanmasına, həm də büdcə intizamının gücləndirilməsinə müsbət təsir göstərə bilər. Nəticə etibarilə, büdcə idarəçiliyinin səmərəliliyi yüksələr", - deyə R.Atakişiyev qeyd edib.

Yerli gəlirlər artırılmalı, büdcədən asılılıq azalmalıdır

İqtisadçı-ekspert Emin Qəribli hesab edir ki, rayonların özünümaliyyələşdirməyə keçməsi dövlət büdcəsinin yükünün azaldılması və regionların iqtisadi potensialının üzə çıxarılması baxımından müsbət addımdır. Onun sözlərinə görə, bu prosesə hazırlıq uzun illərdir davam edir və əsas məqsəd rayonların yerli gəlirləri hesabına öz xərclərini qarşılaya bilməsidir.

E.Qəribli bildirib ki, özünümaliyyələşdirmə zamanı əsas məsələ rayonların gəlirləri ilə xərcləri arasındakı fərqin aradan qaldırılmasıdır. Söhbət, ilk növbədə, vergi daxilolmaları və digər yerli gəlirlər hesabına xərclərin qarşılanmasından gedir.

"Vergi daxilolmaları və rayonun əldə etdiyi digər gəlirlərlə onun xərclədiyi vəsait arasında tarazlıq yaradılmalıdır. Hesab olunur ki, rayonlar öz xərclərini öz gəlirləri hesabına qarşılamalıdırlar. Bununla belə, müəyyən istisnalar da nəzərdə tutula bilər. Bəzi hallarda dövlət tərəfindən həmin xərclərin 10 faizindən çox olmamaq şərtilə maliyyə dəstəyi göstərilməsi mümkündür.

Hesab edirəm ki, bu, düzgün addımdır. Rayonlar artıq öz gəlirlərini və xərclərini müstəqil şəkildə planlaşdırmalıdırlar. Bununla paralel olaraq, müvafiq qanunvericilik təkmilləşdirilməli, yerli gəlir bazasının genişləndirilməsi üçün imkanlar yaradılmalıdır", - deyə E.Qəribli bildirib.

Hər rayon öz potensialından istifadə etməlidir

Ekspertin fikrincə, bütün rayonların eyni gəlir imkanlarına malik olmadığını nəzərə alaraq, hər bir ərazinin özünəməxsus üstünlükləri müəyyənləşdirilməli və həmin imkanlardan səmərəli istifadə olunmalıdır.

"Əslində, hər rayonun özünəməxsus üstünlükləri var. Əsas məsələ bu üstünlüklərdən istifadə edərək mövcud imkanlar çərçivəsində gəlirləri artırmaqdır. Bunun üçün rayonlarda iqtisadi fəaliyyət genişləndirilməli, yerli gəlir mənbələri müəyyənləşdirilməli və inkişaf etdirilməlidir. Bələdiyyələr də daxil olmaqla, mövcud idarəetmə və iqtisadi mexanizmlər vasitəsilə əlavə gəlirlərin əldə olunması imkanları araşdırılmalıdır. Elə rayonlar var ki, onlar yalnız öz xərclərini qarşılamaqla kifayətlənməyib, gələcəkdə dövlət büdcəsinə daha çox vəsait köçürmək imkanına da malik ola bilərlər. Bunun üçün real iqtisadi fəaliyyətə və gəlir yaradan sahələrin inkişafına diqqət artırılmalıdır", - deyə E.Qəribli qeyd edib.

İcra başçıları üçün reytinq sistemi təklifi

E.Qəribli rayonların maliyyə göstəricilərinin qiymətləndirilməsi üçün icra başçıları arasında reytinq sisteminin tətbiqini də təklif edib. Onun fikrincə, belə bir mexanizm yerli idarəetmə orqanlarının fəaliyyətinə nəzarəti gücləndirməklə yanaşı, gəlirlərin artırılmasına da stimul verə bilər.

"Rayon rəhbərləri arasında reytinq sisteminin tətbiqi yaxşı olardı. Bu sistem vasitəsilə onların gəlir və xərcləri nə dərəcədə düzgün planlaşdırdıqları, gəlirlərin aylıq və rüblük dinamikası, artımın hansı amillər hesabına baş verdiyi qiymətləndirilə bilər. Beləliklə, rayonların maliyyə göstəricilərini müqayisə etmək və idarəetmənin səmərəliliyini müəyyənləşdirmək mümkün olar.

Hesab edirəm ki, reytinq nəticələri ictimaiyyətə də açıqlanmalıdır. İnsanlar hansı rayonun gəlirlərini hansı tədbirlər hesabına artırdığını, hansı ərazidə daha səmərəli idarəetmə həyata keçirildiyini görə bilməlidirlər. Bu cür təcrübələr beynəlxalq praktikada da mövcuddur", - deyə E.Qəribli vurğulayıb.

"Büdcədən subsidiya ayrılmasının dayandırılması gözlənilən idi"

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, 2027-ci ildən rayonlara dövlət büdcəsindən subsidiya ayrılmasının dayandırılması gözlənilən idi. O bildirib ki, son illər rayonlara ayrılan subsidiyaların mərhələli şəkildə azaldılması müşahidə olunur.

"Nəzərə alsaq ki, 2026-cı ildə dövlət büdcəsindən subsidiya yalnız Xocavənd rayonuna ayrılırdı, təqdim olunan növbəti ilin büdcə layihəsinə əsasən, 2027-ci ildə bu rayonun da yerli gəlirləri xərclərinə bərabər olacaq. Bu səbəbdən dövlət büdcəsindən subsidiya ayrılmasına ehtiyac qalmayacaq. Əslində, bu, rayonların inkişafı baxımından vacibdir. Çünki regionların inkişafı yerli gəlir mənbələrinin yaradılmasına və genişləndirilməsinə gətirib çıxarır. Bu isə dövlət büdcəsindən həmin istiqamətə ayrılan vəsaitə qənaət edilməsinə və qənaət olunan vəsaitin digər sahələrə yönəldilməsinə imkan yaradır", - deyə deputat bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Noyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri