Bakıda 8 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda təmir işləri ilə əlaqədar 8 müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
AZXEBER.COM xəbər verir ki, Binəqədi şosesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri səbəbindən oktyabrın 16-sı saat 23:00-dan nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Məhdudiyyətlə əlaqədar 100, 108A, 108B, 123, 133, 147, 165 və 179 nömrəli avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.
100, 108B, 123, 133, 165 və 179 nömrəli marşrutlar "Azadlıq prospekti” metro stansiyası istiqamətində və əks istiqamətdə Binəqazi, Gülməmməd Ramazanov, 10 May, Araz, Ozan, Telman Kəlbiyev və Zəngəzur küçələri, eləcə də Binəqədi şosesi ilə hərəkət edəcək.
108A və 147 nömrəli marşrutların hərəkəti isə "Azadlıq prospekti” metro stansiyası istiqamətində 28 May, Məmməd Araz və 1-ci Göl kənarı küçələri, Ziya Bünyadov və Azadlıq prospektləri, həmçinin Çingiz Aytmatov küçəsi ilə təşkil olunacaq.
Əks istiqamətdə avtobuslar Çingiz Aytmatov, Şövkət Məmmədova və Əcəmi Naxçıvani küçələri, Atatürk və Ziya Bünyadov prospektləri, eləcə də 1-ci Göl kənarı, Məmməd Araz və 28 May küçələri ilə hərəkət edəcək.
Təmir işləri başa çatdıqdan sonra marşrutların əvvəlki hərəkət sxeminə qayıtması gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 15 Oktyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















