Bakıda aeroportda aparıcının 3 yaşlı uşağını restorana buraxmadılar
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aparıcı Fərid Rəsul Bakıda hava limanında qarşılaşdığı problemlə bağlı video yayımlayıb.
Axşam.az xəbər verir ki, aparıcı "Terminal 1"də olan zaman övladı ilə "Business lunch"a girməsinə icazə verilmədiyini deyib. O bildirib ki, əməkdaşların kobud rəftarı ilə qarşılaşıb:
"Pekinə uçuram. Hava limanında "Terminal 1"dəydik. Bizim kartımız var və gözləmə zalından istifadə edirik. Mən "Abşeron lunch", həyat yoldaşım isə "Baku bisness lunch"a girdi. Uşağı bilmədik nə edək. Hər iki yer uşağı qəbul etmir. Başa salırıq ki, uşağın 3 yaşı var, dili, ağzı yoxdur. Nə etməliyik? Deyirlər, qayda var olmaz. Uşağın 8, 17 yaşı olsa, kart alarıq. Ödəniş söhbəti də deyil. Uşaq da heç nə yemir, əlində burgeri var. Dedik ki, 5 dəqiqə yanımızda dayansın. İnsanla elə davranırlar ki... Bunların yanaşması nədir. İşləyəndə qanun ola bilər, amma gərək insanın insanlığı, vicdanı ola. İşə bununla yanaşmırlar. Uşaq heç nəyə əl vurmur, sadəcə, ata və ananın yanında oturur. Burada uşağı zala buraxmamaq problemin nədir?
İtaliyada olanda eyni şey oldu, amma uşağı bizimlə buraxdılar. Heç soruşmadılar neçə yaşı var? Dünyanın neçə ölkəsində olmuşuq, heç vaxt belə şeylə qarşılaşmamaışıq. Bütün böyük problemlərlə Azərbaycanda rastlaşırıq. Avropada uşağı valideynin yanına buraxırlar.
Sonra deyir, uşağı buraxmaq üçün 35 dollar ödə. Səbinə adlı xanımla danışıram, adamla erlə danışır ki, adam heç bura gəlmək istəmir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Noyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















