Bakıda DƏHŞƏT: Kişi 3 uşağını və arvadını ölümlə HƏDƏLƏYİR
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İyirmi bir il ərzində ana və üç övladının məişət zorakılığına məruz qalması və ölümlə hədələnməsi barədə məlumat yayılıb.
Lent.az sosial şəbəkədə yayılan məlumata istinadən xəbər verir ki, ailə üzvü müraciət edərək 21 ildir ailədə ata tərəfindən zorakılıq törədildiyini bildirib.
Paylaşımda iddia olunur ki, E.A. adlı şəxs hazırda polis bölməsində saxlanılır.
Ailənin bildirdiyinə görə, həmin şəxs sərbəst buraxılacağı təqdirdə bütün ailə üzvlərini öldürəcəyi ilə hədələyib.
Məlumata əsasən, yaşadıqları ev E.A.-nın adınadır və ana ilə üç övladının gedəcək başqa yeri yoxdur.
Polis tərəfindən zəruri sənədlər təqdim olunsa da, ailənin sığınacaqla təmin edilmədiyi iddia olunur.
Buna səbəb kimi övladlardan birinin 19 yaşlı, autizmli kişi olması göstərilir.
Ailə Qadın və Uşaq Komitəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və məsələ nəzarətə götürülüb:
"Hazırda Daxili İşlər Nazirliyi, Sosial Xidmətlər Agentliyi və yerli icra hakimiyyəti tərəfindən ailənin vəziyyəti diqqətdə saxlanılır, zorakılıq törətməkdə şübhəli bilinən şəxslə bağlı müvafiq tədbirlər görülür.
Ailənin təhlükəsizliyinin və zəruri sosial dəstəyin təmin edilməsi istiqamətində aidiyyəti qurumlarla əlaqələndirilmiş iş aparılır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 15 Oktyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















