Icma.az
close
up
RU
Bakıda aqroərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi ilə bağlı panel müzakirələr olub

Bakıda aqroərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi ilə bağlı panel müzakirələr olub

Report.az saytına istinadən Icma.az xəbər verir.

COP29 çərçivəsində “Aqro-ərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi” mövzusunda panel müzakirə keçirilib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib ki, fermerlərin iqlim dəyişikliklərinə uyğunlaşması, təsərrüfatlarının məhsuldar və davamlı olması üçün hərtərəfli dəstəyə ehtiyacı var. Fermerlərin yeni texnologiyaların və iqlim baxımından ağıllı təcrübələrin tətbiqi istiqamətində dəstəklənməsi qlobal ərzaq təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda fermerlərin daha dayanıqlı və səmərəli əkinçilik təcrübələrinə keçidinə kömək etmək məqsədilə müxtəlif dəstək mexanizmləri mövcuddur. Bu maliyyə mexanizmləri ilə yanaşı, təsərrüfatları təbii fələkətlərlə bağlı risklərdən qorumaq üçün Aqrar Sığorta Fondu fəaliyyət göstərir. Elçin Zeynalov qeyd edib ki, Azərbaycan davamlı kənd təsərrüfatının dəstəklənməsində səylərin gücləndirilməsi üçün qlobal platformalardan tam istifadədə maraqlıdır. Onun sözlərinə görə, iqlimə davamlı kənd təsərrüfatına sərmayə qoyulması təbii ehtiyatların qorunması və davamlı gələcəyin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.

Panel müzakirələrdə çıxış edən FAO-nun İqlim Dəyişikliyi, Ətraf Mühit və Biomüxtəliflik İdarəsinin Baş təbii sərvətlər mütəxəssisi Martial Bernoux, Dünya Bankının Kənd Təsərrüfatı üzrə Qlobal Direktoru Shobha Shetty, Dünya Bankının İqlim-Ağıllı Kənd Təsərrüfatı üzrə Qlobal Rəhbəri Bill Sutton iqlim dayanıqlığını artırmaq üçün iqlim dəyişikliyi planlaşdırması, həyata keçirilməsi, monitorinq və hesabatların təqdim edilməsi iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin yumşaldılması, aqro-ərzaq sistemlərinin iqlim maliyyəsinin vəziyyəti, hədəf və imkanlar, aqro-ərzaq sisteminin transformasiyası emissiyaların həcminin əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı öz fikirlərini bölüşüblər.

Tədbirdə bağlanış nitqi ilə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova qeyd edib ki, iqlim dəyişiklikləri fonunda ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin etmək üçün aqro-ərzaq sistemləri üçün iqlim maliyyələşməsi prosesi genişləndirilməlidir. Onun sözlərinə görə, aqrar sahədə maliyyə axınlarının texnoloji innovasiya və həllərə yönəldilməsi, özəl sərmayə cəlb etmək üçün dövlət-özəl tərəfdaşlığı olduqca vacibdir.

Tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sulları cavablandırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Noyabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri