Icma.az
close
up
RU
COP29 çərçivəsində “Aqroərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi” mövzusunda panel müzakirə keçirilib AZƏRTAC

COP29 çərçivəsində “Aqroərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi” mövzusunda panel müzakirə keçirilib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

COP29 çərçivəsində “Aqro-ərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi” mövzusunda panel müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov fermerlərin iqlim dəyişikliklərinə uyğunlaşması, təsərrüfatlarının məhsuldar və davamlı olması üçün hərtərəfli dəstəyə ehtiyacı olduğunu deyib. Bildirib ki, fermerlərin yeni texnologiyaların və iqlim baxımından ağıllı təcrübələrin tətbiqi istiqamətində dəstəklənməsi qlobal ərzaq təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda fermerlərin daha dayanıqlı və səmərəli əkinçilik təcrübələrinə keçidinə kömək etmək məqsədilə müxtəlif dəstək mexanizmləri mövcuddur. Bu maliyyə mexanizmləri ilə yanaşı, təsərrüfatları təbii fəlakətlərlə bağlı risklərdən qorumaq üçün Aqrar Sığorta Fondu fəaliyyət göstərir. Elçin Zeynalov qeyd edib ki, Azərbaycan davamlı kənd təsərrüfatının dəstəklənməsində səylərin gücləndirilməsi üçün qlobal platformalardan tam istifadədə maraqlıdır. Onun sözlərinə görə, iqlimə davamlı kənd təsərrüfatına sərmayə qoyulması təbii ehtiyatların qorunması və gələcəyin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.

Panel müzakirələrdə çıxış edən FAO-nun İqlim Dəyişikliyi, Ətraf Mühit və Biomüxtəliflik İdarəsinin təbii sərvətlər üzrə baş mütəxəssisi Martial Bernoux, Dünya Bankının Kənd Təsərrüfatı üzrə beynəlxalq direktoru Shobha Shetty, Dünya Bankının İqlim-Ağıllı Kənd Təsərrüfatı üzrə beynəlxalq rəhbəri Bill Sutton iqlim dayanıqlığını artırmaq üçün iqlim dəyişikliyi planlaşdırması, həyata keçirilməsi, monitorinq və hesabatların təqdim edilməsi, iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin yumşaldılması, aqro-ərzaq sistemlərinin iqlim maliyyəsinin vəziyyəti, hədəf və imkanlar, aqro-ərzaq sisteminin transformasiyası, emissiyaların həcminin əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova bildirib ki, iqlim dəyişikliyi fonunda ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin etmək üçün aqro-ərzaq sistemlərinin iqlim maliyyələşməsi prosesi genişləndirilməlidir. Onun sözlərinə görə, aqrar sahədə maliyyə axınlarının texnoloji innovasiya və həllərə yönəldilməsi, özəl sərmayə cəlb etmək üçün dövlət-özəl tərəfdaşlığı olduqca vacibdir.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri