Icma.az
close
up
RU
Bakıda arvadını döyən kişi islah işləri cəzası aldı

Bakıda arvadını döyən kişi islah işləri cəzası aldı

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 2-də baş verib. 
Şuşa rayon sakini, 1985-ci il təvəllüdlü Valeh Əsgərov həmin gün, gecə saat 01:30-da yaşadıqları evin qonaq otağında arvadı Zəminə (ad-soyad şərtidir – red.) ilə qısqanclıq zəminində mübahisə edib. 
Aralarında yaranmış mübahisə zamanı qəsdən əl zərbəsi ilə arvadının sifət nahiyyəsinə bir dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən V. Əsgərovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2012-ci ildə zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə həyatı qurub, onların bu nikahdan iki övladı dünyaya gəlib: “Ailə həyatı qurduqdan sonra bizim münasibətlərimiz yaxşı olmayıb. Qısqanclıq səbəbindən arada bir mübahisələrimiz düşüb. Məlum hadisə günü, gecə saat 01:00-da yaşadığımız evdə olan zaman Zəminə marketdə işlədiyi üçün məndə qısqanclıq hissləri yarandı. Bu səbəbdən də aramızda sözlə mübahisə düşdü. Mübahisə zamanı Zəminə mənə acıqlı cavab verdi. Mən əsəbləşərək onun sifətindən əlim ilə bir zərbə vurdum. Bundan sonra Zəminə baş vermiş hadisə ilə bağlı polisə məlumat verdi. Mən isə evdən çıxaraq uzaqlaşdım. Əməlimdən peşman olmuşam. Zərərçəkmiş şəxslə  barışmışam”. 
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə V. Əsgərov 240 saat ictimai işlər cəzası təyin edilib.
Fariz Məlikli
Demokrat.az

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 İyul 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri