Icma.az
close
up
RU
Bakıda arvadını qısqanclıqla öldürən kişi hökmdən narazıdır ŞİKAYƏT

Bakıda arvadını qısqanclıqla öldürən kişi hökmdən narazıdır ŞİKAYƏT

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Sabunçu rayonunda arvadını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Nurəddin Məmmədov barəsində olan hökmdən apellyasiya şikayəti verib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib. 
Nurəddin Məmmədovun şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə şikayət üzrə ilkin dinləmə keçirilib. 
Məhkəmə baxışı növbəti günə təyin olunub. Həmin gün qərar elan olunacağı gözlənilir. 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurəddin Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ittihama görə, ötən ilin mayın 5-də paytaxtın Sabunçu rayonu ərazisində 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun rayonun Ramana qəsəbəsi ərazisində arvadı Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlum olub ki, Nurəddin Məmmədov aprelin 28-də yaşadığı Ramana qəsəbəsi ərazisindəki evində olarkən arvadı Ayşən Məmmədovanın naməlum şəxslə "Whatsapp"la görüntülü danışdığını görüb. O arvadının əvvəllər də bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar etdiyindən ona xəyanət etdiyini güman edib.
Bundan hiddətlənən Nurəddin telefonu arvadının əlindən alıb və onun başına vurub. Həmin vaxt mətbəx bıçağını götürərək bıçağın dəstəyi ilə Ayşənin təpə nahiyyəsindən bir dəfə zərbə yetirib.
Daha sonra Nurəddin mayın 5-də evə gəlib və arvadı Ayşənin yataq otağında “Whatsapp”la İlqar adlı şəxslə aralarında intim münasibət olması barədə söhbət apardıqlarını və yazışmaları görüb.
Nurəddin Ayşənin ona xəyanət etməsindən əmin olub. O, arvadı ilə mübahisə edə-edə mətbəx otağına daxil olub. Orada qəflətən hər iki əli ilə boğazından tutaraq yerə yıxıb və boğaraq öldürüb.
İstintaq orqanı tərəfindən Nurəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələri ilə ittiham elan edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Fevral 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri