Bakıda arvadını öldürən kişiyə ağır cəza...
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən İlham Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Axar.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, İlham Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin mart ayında paytaxtın Yasamal rayonunda baş verib. İlham Hüseynov kirayə yaşadıqları evdə mübahisə etdiyi həyat yoldaşı Şəhla Hüseynovanı 10 bıçaq zərbəsi ilə qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb.
İlham Hüseynov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 27 İyul 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















