Bakıda avtobusda qəribə HADİSƏ: masa açıb hər kəsə tort payladı VİDEO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Bakıda ictimai nəqliyyatda qeyri-adi hadisə yaşanıb.
Milli.Az xəbər verir ki, paytaxt marşrutlarından birində sərnişin avtobusda masa açaraq tort paylayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə gənc bir şəxsin avtobusun içində kiçik masa qurduğu, üzərinə tort qoyaraq digər sərnişinlərə dilim-dilim payladığı əks olunur. Hadisə zamanı avtobusdakı sərnişinlərin gülümsədiyi və həmin anı telefonla çəkdiyi görünür.
Maraqlı səhnə sosial şəbəkələrdə minlərlə baxış və yüzlərlə rəy toplayıb. İzləyicilər hadisəyə müxtəlif cür reaksiya veriblər. Bəziləri bunu pozitiv və əyləncəli addım, digərləri isə ictimai yerdə qaydalara zidd davranış kimi dəyərləndirib.
Hadisənin hansı marşrut xəttində baş verdiyi hələlik dəqiqləşdirilməsə də, görüntülər qısa zamanda bütün sosial platformalarda trendə çevrilib.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 26 Oktyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















