Bakıda villada qanlı hadisə VİDEO
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Bakıda həkimin sürücüsünün Bilgəh qəsəbəsindəki villada bağban tərəfindən bıçaqlanması ilə bağlı yeni təfərrüat məlum olub.
"Yeni Sabah" "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı qonşular danışıblar.
Onların sözlərinə görə, Həsəğa Həsənovu bıçaqlamaqda şübhəli bilinən Zakir adlı şəxs hadisədən sonra ərazidən qaçıb, ev sahibi isə qonşulardan kömək istəyib. Online shopping Azərbaycan
Qonşular bildiriblər ki, hadisə iştirakçıları arasında əvvəllər hər hansı münaqişənin şahidi olmayıblar. Onların sözlərinə görə, tərəflərin münasibətləri yaxşı olub.
Qonşulardan biri baş verənləri belə təsvir edib:
"Hadisə təxminən saat yeddidən sonra baş verib. Hər ikisini tanıyırdım. Zakir adlı şəxs sakit, yaxşı adam idi. Burada həmişə bir-birimizlə söhbət edirdik. Vallah, ondan belə bir hərəkət gözləməzdim. Onların münasibətləri çox yaxşı idi. Həmişə həmin bağban maşınla gedib onu yuxarıdakı döngədə, avtobus dayanacağından götürərək evə gətirirdi. Aralarında belə mehriban münasibət var idi. Səhv etmirəmsə, həmyaşıd idilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 20 Noyabr 2026 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















