Bakıda avtobusla sərnişindaşımada nağdsız ödəniş hallarının sayı 17 % artıb
2024-cü ildə Bakıda daşınmış 476 milyon sərnişinin 77,5 %-i ödənişi nağdsız qaydada həyata keçirib.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.
Onun sözlərinə görə, 2023-cü illə müqayisədə sərnişinlərin sayı təxminən 6 %, nağdsız ödəniş edən sərnişlərin sayı isə təxminən 17 % artıb.
"Əgər 2022-ci ildə paytaxtda nağdsız ödəniş sisteminə qoşulmuş avtobusların sayı təxminən 1 000 ədəd olubsa, 2023-cü ildə 1 400 ədədə, 2024-cü ildə isə 2 000 ədədə çatdırılıb", - deyə AYNA sədri qeyd edib.
Baxış sayı:95
Mənbə:https://report.az