Icma.az
close
up
RU
Bakıda Lukoil YDM lərində nağdsız ödəniş dayandırıldı

Bakıda Lukoil YDM lərində nağdsız ödəniş dayandırıldı

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda sürücülər "Lukoil” yanacaqdolurma məntəqələrində (YDM) kartla ödəniş edə bilmədiklərini bildirirlər.

Modern.az-a müraciət edən vətəndaşlar qeyd edir ki, məntəqələrdə yalnız nağd ödəniş qəbul olunur, POS-terminallar işləmir.

YDM-lərdə probemin səbəbi açıqlanmayıb. Məsələ ilə əlaqədar "Lukoil” Azərbaycandakı nümayəndəliyinin əməkdaşı açıqlamasında məlumatı təsdiqləyib.

Bildirilib ki, nağdsız ödənişlərdə texniki problem yaşanıb: "Banklarla olan müvəqqəti problemdir. Terminal hələki işləməyəcək. Nə vaxtdan bu problemin aradan qalxacağını bilmirik. Amma bilirik ki, bu hal müvəqqətidir".

Ekspertlər isə problemin ABŞ-nin tətbiq etdiyi sanksiyalar olduğunu bildirir. Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 24 oktyabr 2025-ci ildə "Lukoil” və onun 34 törəmə şirkətini sanksiya siyahısına salıb. Bu qərardan sonra şirkətin dollar əməliyyatlarına məhdudiyyət qoyulub, ABŞ-dakı aktivləri dondurulub və amerikalı təşkilatlarla əməkdaşlıq qadağan edilib. Sanksiyalar nəticəsində şirkətin beynəlxalq bank əməliyyatlarında ciddi çətinliklər yarandığı bildirilir.

Sanksiyaların təsiri təkcə qlobal əməliyyatlarla məhdudlaşmır. Bankların xarici ödənişləri qəbul etməkdən imtinası səbəbindən "Lukoil”in xaricdəki strukturları, o cümlədən Azərbaycan üzrə əməliyyatları da risk altına düşüb. Şirkət 27 oktyabrda xarici aktivlərini Avstriya üzərindən satışa çıxardığını açıqlamış, 5 noyabrda isə bu aktivlərin 100 faizinin "Gunvor" şirkətinə satılması üçün ilkin razılıq əldə etmişdi. Amma ABŞ sanksiyaları sövdələşmənin icrasını çətinləşdirir.

Qeyd edək ki, "Lukoil Azərbaycan” birbaşa ABŞ-ın sanksiya siyahısında yer almasa da, beynəlxalq bank kanallarında məhdudiyyətlər səbəbindən kart ödənişlərinin qəbulu ilə bağlı çətinliklər yaşandığı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri