Icma.az
close
up
RU
Bakıda bağça müdirinin cinayət əməlinin TƏFƏRRÜATI KONKRET

Bakıda bağça müdirinin cinayət əməlinin TƏFƏRRÜATI KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Ali Məhkəmədə vəzifə saxtakarlığında təqsirləndirilən Sevda Vəliyevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, kassasiya şikayətinə əlavə təmin olunmayıb, Bakı Apellyasiya Məhkəməsinin 1 qərarı cəzaya aid hissədə dəyişdirilib. Həmin qərardan Sevda Vəliyeva 1 il müddətə məktəbəqədər təhsil müəssisələrində maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsi cəzasının təyin edilməsinə dair müddəalar xaric edilib.

Qeyd: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən, Sevda Vəliyeva Yasamal rayonu təhsil şöbəsinin 23 iyul 2003-cü il tarixli 77 nömrəli əmri ilə paytaxtın Yasamal rayonu ərazisində yerləşən 184 saylı uşaq bağçasına müdir vəzifəsinə təyin olunaraq həmin vəzifədə çalışıb.

İttihama görə, o, 01 yanvar 2022-ci il tarixdən 14 noyabr 2023-cü il tarixədək olan dövr ərzində tamah niyyəti ilə dövlət büdcəsindən ayrılmış və rəhbərlik etdiyi məktəbəqədər təhsil müəssisəsinə verilmiş ərzaq məhsullarını mənimsəmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Sevda Vəliyeva bağçada faktiki tərbiyə alan uşaqların sayını süni surətdə artırmaq üçün müxtəlif üsullara əl atıb. O, tərbiyə prosesinə cəlb olunmamış və “Məktəbəqədər Təhsil İnformasiya Sistemi”nə daxil edilməmiş 69 nəfər uşağın, həmin sistemə daxil edilməmişdən əvvəl 25 nəfər uşağın, bağçadan xaric olunduqdan sonra 88 nəfər uşağın, 2023-cü ilin oktyabr-noyabr aylarında artıq orta təhsil müəssisələrində təhsil alan 2 nəfər uşağın adlarını davamiyyət sənədlərinə daxil edib. Bundan əlavə, faktiki olaraq bağçada tərbiyə alan 3 nəfər uşağın adını eyni vaxtda iki dəfə qeyd etməklə sənədlərdə şişirtməyə yol verib.

Qeyd olunan halların nəticəsi olaraq, 2022-ci ilin yanvar–dekabr ayları və 2023-cü ilin fevral–noyabr ayları üzrə “davamiyyət” və “uşaq günləri” cədvəllərində faktiki tərbiyə alan uşaqların sayı süni şəkildə artıq göstərilib. Hər ay üzrə 20 nəfərlik 4 qrup (2023-cü ilin noyabr ayında isə 3 qrup 20 nəfər, 1 qrup 14 nəfər olmaqla) əsas götürülərək minlərlə “uşaq günü” rəsmiləşdirilib. Ümumilikdə, həmin dövr ərzində on minlərlə davamiyyət günü sənədləşdirilib və bununla da faktiki mövcud olmayan iştirak göstəriciləri formalaşdırılıb.

Məhkəmə müəyyən edib ki, Sevda Vəliyeva icra edilməmiş uşaq günləri barədə cədvəllərə bilə-bilə yalan məlumatlar daxil edib, sənədləri imzalayıb və bağçanın möhürü ilə təsdiqlədikdən sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı Xidmət və Əməliyyat Mərkəzinə təqdim edib. Bununla da o, vəzifə saxtakarlığı törədib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Sevda Vəliyeva Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2500 manat məbləğində cərimə cəzasına məhkum edilib. Hökm ilə maddi sübutlar, məhkəmə məsrəfləri və digər prosessual məsələlər də həll olunub. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib. Protestdə təqsirləndirilən şəxsə cəzanın daha sərt hədlərdə, əlavə cəza tətbiq edilməklə təyin olunması xahiş edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protesti qismən təmin edilib. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü cəza təyini hissəsində dəyişdirilib, Sevda Vəliyeva 1 il müddətinə məktəbəqədər təhsil müəssisələrində maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2500 manat məbləğində cərimə cəzasına məhkum edilib. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından Sevda Vəliyevanın müdafiəçisi tərəfindən kassasiya şikayəti və ona əlavə təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Fevral 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri