Icma.az
close
up
RU
Hər kəs əməlinin məsuliyyətini daşımalıdır

Hər kəs əməlinin məsuliyyətini daşımalıdır

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz!

Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törətmiş bir qrup erməni əsilli şəxslər ədalət mühakiməsi qarşısına çıxarılıb. Bir müddətdir ki, Bakıda onların məhkəməsi davam edir və məhkəmə prosesi şəffaf keçirilir.

Nə qədər absurd olsa da, həm Ermənistan, həm də xaricdəki erməni lobbisi bu məsələ ilə bağlı dezinformasiya yayır, konkret cinayətlərdə ittiham olunan şəxslərin mühakimədən yayıdırılması üçün fərqli yollara əl atırlar. Məqsəd isə Azərbaycana beynəlxalq təzyiq göstərmək və bəlkə bu təzyiq yolu ilə onların azad edilməsinə çalışmaqdır. Amma bütün bunlar əbəsdir. Çünki bu gün güclü Azərbaycanla təzyiq dili ilə danışmaq mümkün deyil.

Absurd “bəyanat” və ona cavab... 

Yeri gəlmişkən, bir neçə gün öncə İsveç-Ermənistan parlament dostluq qrupu da erməni cinayətkarların Bakıda keçirilən məhkəməsi ilə bağlı absurd bəyanat qəbul etmişdi. Bəyanatda həmin cinayətkarların  azad edilməsi üçün “təcili beynəlxalq tədbirlərin görülməsi” üçün çağırış olunur. Lakin onların sözügedən “bəyanatı” cavabsız qalmayıb. Milli Məclisin Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri İsveç parlamentində İsveç-Ermənistan dostluq qrupu üzvlərinə məktub göndərərək əsl həqiqətləri onların diqqətinə çatdırıblar. Məktubda bildirilib ki, saxta məlumatlar və yalan ittihamlar ilə dolu olan bu “bəyanat” reallığı təhrif etmək Azərbaycanın suverenliyini şübhə altına almaq, erməni separatçılarının və müharibə canilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri təmizə çıxarmaq üçün göstərilən rüsvayçı cəhddir. Qeyd olunub ki, beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın ağır cinayətlər, o cümlədən separatizm cinayətləri, sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, Azərbaycan dövlətinə və onun vətəndaşlarına qarşı terror aktları törətmiş şəxsləri təqib etməyə tam qanuni hüququ var. Ən əsası, müharibə canilərinin cəzasız qaldığı dövr artıq başa çatıb.

Qərbi Azərbaycan İcması erməni cinayətkarları dəstəkləyənləri qınayıb

Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması da bəyanat verib. Bəyanatda qeyd olunub ki, insan hüquqları və humanitar hüququn bu miqyasda pozulması və törədilən misilsiz ədalətsizlik şübhəsiz ki, sülh və barışığın əldə edilməsinə ən böyük maneələrdən biri olub. Bu mənada azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə, eləcə də Xocalı, Qaradağlı, Ağdaban və digər yerlərdə törədilmiş kütləvi qətliamlara görə məsuliyyət daşıyanların bəzilərinin ədalət məhkəməsinin qarşısına çıxarılması haqq-ədalətin öz yerini tutması və davamlı sülhün əldə olunmasına böyük töhfədir. İcma təəssüflə bəyan edib ki, Ermənistan hökuməti və ölkənin aparıcı siyasi qüvvələri bu haqq işinə dəstək vermək və məhkəmə prosesinə yardım etmək əvəzinə, faktiki olaraq törədilmiş cinayətlərə haqq qazandıran və cəzasızlığı təşviq edən cəhdlər edirlər. Bu məsələdə bir sıra Avropa dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlarda işləyən qeyri-dürüst funksionerlər və digər siyasi dairələr də fəallıq göstərirlər. “Ermənistan tərəfindən törədilən etnik təmizləmə, qətliamlar, mədəni irsin dağıdılması, öz evlərinə qayıdışa maneə törədilməsi kimi insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkən bir icma olaraq, biz Ermənistanın və onun havadarlarının bu cinayətlərə haqq qazandıran, ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirən, cəzasızlığı təşviq edən cəhdlərini sərt şəkildə qınayır və onlara son verilməsini tələb edirik”,-deyə bəyanatda vurğulanıb.

Şahidlər canilərin cinayətlərini sübutlarla ifşa edir

Ümumiyyətlə, Ermənistanın və xaricdəki müəyyən dairələrin erməni cinayətkarları müdafiə etməsi beynəlxalq hüququn pozulmasıdır. Nəzərə almaq lazımdır ki, məhkəməsi keçirilən şəxslər törətdikləri cinayətləri etiraf edirlər, əsl həqiqətlər üzə çıxır. Martın 11-də Ruben Vardanyanın məhkəməsində şahidlər onun cinayətlərini ifşa ediblər. Şahid qismində ifadə verən, Qarabağda yaşayan erməniəsilli şəxs Kamo Eduardoviç Hayrapetyan R.Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-dək olan insanlardan ibarət dəstələr yaratdığını, onları maliyyələşdirdiyini bildirib. Eyni zamanda, Vardanyan Xankəndiyə gəldikdən sonra 44 günlük müharibədə Azərbaycanın qaytardığı ərazilərin sərhədlərində onun maliyyəsi ilə minalanma işləri aparılıb. Həmin minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib. Şahid deyib ki, R.Vardanyanın maliyyələşdirməsi nəticəsində Xankəndi ətrafında 2, Əsgəranda isə 1 ədəd olmaqla, ümumilikdə 3 hərbi anbar yaradılıb. Həmin anbarlarda Ermənistan ordusu, Qarabağdan seçilmiş hərbçilər fəaliyyət göstəriblər. R.Vardanyanın bu silahlı dəstələri yaratmaqda məqsədi Azərbaycana qarşı mübarizə aparmaq olub.

Digər erməniəsilli şahid Muşeq Qurgenoviç Qriqoryan da ifadəsində bildirib ki, R.Vardanyan Qarabağda qondarma rejimdə vəzifəyə təyin olunduqdan sonra muzdlu döyüşçülərdən ibarət dəstələr toplamağa başlayıb. Daha sonra isə həmin şəxslər Xocalı rayonunda yerləşən düşərgədə hərbi təlimlərə cəlb olunublar.

Bütün bunlar məhkəməsi davam edən erməni əsilli şəxslərin cinayətlərinin təkzibolunmaz sübutlarıdır. Belə olan halda ittiham olunan şəxsləri müdafiə edən xarici qüvvələr də beynəlxalq hüquq qarşısında məsuliyyət daşımalıdırlar.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Mart 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see303

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see291

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see274

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see261

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see229

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see224

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see204

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see192

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see175

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see174

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see173

Xalqın rahatlığı naminə, yoxsa xalqın cibinin hesabına?

15 Avqust 2026 19:22see173

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see169

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see169

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see169

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see162

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see162

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see161

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see156

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri