Icma.az
close
up
RU
Menu

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

Rusiya Fransa üçün əsas təhdiddir

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

Milli Çinə rəqib oldu

ADAU da Heydər Əliyev Fondunun qurduğu suvarma sistemini kim, hara , necə YOX edib?

Əbu Dabi görüşündən sonra Moskva hansı planları qurur? “Hətta bu prosesə start verilib...”

“Eşref” və “Demir” eyni layihədə

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

Bakıda Baş plana qarşı çıxaraq tarixi binaları kimlər sökür? “Dedilər ki, burada narkomanlar yaşayır...” AÇIQLAMA

Bakıda Baş plana qarşı çıxaraq tarixi binaları kimlər sökür? “Dedilər ki, burada narkomanlar yaşayır...” AÇIQLAMA

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Yasamal rayonunun “Bayırşəhər” adlanan hissəsində tarixi binaların sökülməsi barədə etirazlar artır. Ərazidə yaşayan ailələrin köçürülməsi davam edir, onların sonradan həmin tarixi binalara qayıtmaları isə mümkünsüz görünür.

Tanınmış memar Abdul Hüseynov Pravda.az-a açıqlamasında deyib ki, Memarlar İttifaqının tərkibində “Vətəndaş” İctimai Hərəkatı adından müəyyən ərazilərdə tarixi binalar olmasına dair İttifaqa iki il əvvəl arayışlar göndərilib.

O bildirib ki, Memarlar İttifaqı da öz adından həmin arayışları müxtəlif dövlət strukturlarına göndərir: “Bundan sonra İttifaqın üzvü kimi deyil, memar Abdul Hüseynov olaraq öz adımdan aidiyyəti qurumlara müraciətlər etmişəm. Hələ ki cavab yazmırlar. Cavab yazan strukturlar da var. 2015-ci ildə “Bayırşəhər” adlandırdığımız Təzəpir məhəlləsindəki yuxarı “Sovetski” küçəsi söküləndə onlarla tarixi memarlıq abidələrni reyestrdən çıxardılar ki, ərazidə park salınacaq. Binaların bir qismi Təzəpir məhəlləsinə düşüb. Cənab Prezidentin təsdiq etdiyi Baş plana görə, həmin ərazi “Xüsusi Mühafizə Zonası”dır. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məktub yazdıq ki, indi orada park salınmır, on-on iki tarixi binanı yenidən reyestrə salın. Məktubumuza yarım il əvvəl yazılan cavabda deyilib ki, tarixi binalar qorunacaq. Amma ortada nə Nazirlər Kabinetinin qərarı, nə də ictimai rəy var ki, bu abidələr yerinə qaytarılsın. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tərkibindəki Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə də müraciət etmişdik. Cavab yazdılar ki, həmin ərazidə tarixi-memarlıq abidələri qorunacaq. Mən də sual qaldırdım ki, həmin ərazi tarixi ərazidir. Baş plana görə, “Xüsusi Mühafizə Zonası”ndan bərpa və yenidənqurma məqsədilə köçürülən insanlar yenidən həmin evlərə qaytarılmalıdır. Ərazidə yaşayan sakinlərdən biri mənə müraciət etdi ki, Bəşir Səfəroğlu küçəsindəki bir evin sakinlərini köçürüblər, evi isə dağıtmağa başlayıblar. Artıq eyni hal üçüncü-dördüncü dəfədir ki, təkrarlanır. Tolstoy küçəsində Məşədi Qafar İsmayılov tərəfindən layihələndirilmiş, birmərtəbəli gözəl tarixi bina var. Onu da dağıtmağa başladılar. Aidiyyəti üzrə yenə məktublar yazdıq. İki gündən sonra söküntünü dayandırdılar. Təxminən, bir həftə əvvəl Zərgərpalan küçəsində şəxsi mülkü dağıtmağa başladılar. Başa düşürəm, həmin bina tarixi abidə statusunda deyil, amma “Xüsusi Mühafizə Zonası” kimi təyin olunan ərazidə belə hərəkətlər etmək olmaz. Bu qanunsuzdur. Etdikləri hərəkətlər Baş planla uyğun gəlmir. Nəyisə sökürsənsə, bunun planı olmalı, tarixi binalara zərər yetirilməməlidir. Mən ərazinin sakini deyiləm, sadəcə, Bakı şəhərində yaşayan memaram. Gəncədə, Sumqayıtda yaşayan həmkarlarımız da bizə qoşulurlar, dəstək verirlər. Biz istəyirik ki, bu işlər cənab Prezidentin təsdiq etdiyi Baş plana uyğun getsin. İşi qanuna uyğun icra etməlidirlər”.

Memar əlavə edib: “Mənzildə yaşayan sakinin hüququdur ki, həmin mənzili satsın, yaxud kirayə versin. Amma adam mənzili satıbsa, o demək deyil ki, onu dağıtmalıdırlar. Əsas məsələ məhəllədaxili strukturu qorumaqdır ki, bu da Baş planda öz əksini “Xüsusi Mühafizə Zona”sı kimi tapıb. Orada tarixən formalaşan icma var. “İçərişəhər”dən sonra “Bayırşəhər” formalaşıb. Bu tarixi ərazi piyadalaşdırılmalıdır, tarixi-memarlıq abidələrinə zərər vuran ağır tonajlı avtobusların və avtomobillərin istiqamət marşrutlarına baxılmalıdır. Sözügedən məhəllələr XIX əsrə aid konkret müsəlman məhəllələridir. Sakinlərlə görüşəndə dedim ki, maraqlı vəziyyət yaranıb, yüz il əvvəl daşnaklarla bolşeviklər birləşmişdilər. Həmin ərazidə azərbaycanlı müsəlmanlar müqavimət göstərmiş, onları ərazidən qovmuşdular. Ermənilər o tarixi binaları dağıtmadılar, özümüzkülər dağıdır. Həmin mülklər indiyə qədər mövcuddur – Aşurbəyovların, Nağıyevin, Əlibəyovların və sairə. Çox absurd vəziyyət yaranıb, istiqamət dəyişib. Prezident Administrasiyasına da məktub yazdıq, məktubu yerli icra hakimiyyətinə göndərdilər, icra hakimiyyəti də MTK-nın mühəndisinə yönəltdi... Mühəndis yazdı ki, ərazidə söküntü işləri yoxdur. Üç-beş gün sonra isə Tolstoy küçəsində söküntü başladı. Zərgərpalan küçəsindəki tarixi evin birini sökəndə dedilər ki, burada narkomanlar yaşayır. Evin sahibi bildirdi ki, evdə yaşamasam belə, sənin sökməyə ixtiyarın yoxdur. Maraqlı vəziyyət yaranır. Narkomanlar olsa da, bunun çarəsi evi sökmək deyil, başqa çıxış yolları tapılmalıdır. Əlimiz yaralıdır deyə bütün qolumuzu kəsməliyik? Onlar isə məsələyə belə yanaşırlar”.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 İyul 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see203

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see168

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see167

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see141

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see134

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

11 İyul 2025 13:44see130

Rusiya Fransa üçün əsas təhdiddir

11 İyul 2025 16:49see129

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

11 İyul 2025 16:13see128

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see127

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see127

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

11 İyul 2025 17:49see125

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see122

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

11 İyul 2025 16:32see117

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see115

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

11 İyul 2025 16:33see114

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see112

ADAU da Heydər Əliyev Fondunun qurduğu suvarma sistemini kim, hara , necə YOX edib?

11 İyul 2025 17:15see112

Əbu Dabi görüşündən sonra Moskva hansı planları qurur? “Hətta bu prosesə start verilib...”

11 İyul 2025 21:50see112

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see112

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri