Icma.az
close
up
RU
Əbu Dabi görüşündən sonra Moskva hansı planları qurur? “Hətta bu prosesə start verilib...”

Əbu Dabi görüşündən sonra Moskva hansı planları qurur? “Hətta bu prosesə start verilib...”

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

“Rusiya başa düşür ki, Türkiyə və Ermənistanın münasibətləri inkişaf etsə, Azərbaycan və Ermənistanın münasibətləri normallaşsa, regional kommunikasiyalar açılsa, Moskvanın Ermənistandakı indiki mövqeyi çox güclü şəkildə təsirlənəcək, Rusiya indiki təsir imkanlarına malik olmayacaq. Bu, ümumilikdə Rusiyanın qlobal nüfuzuna zərbədir. Moskva özünü hər zaman Cənubi Qafqazın dominant ölkəsi, ev sahibi kimi təqdim edib. Bakı və İrəvan isə sübut etdi ki, heç də belə deyil. Cənubi Qafqaz ölkələri özləri vasitəçisiz anlaşmağa və ciddi qərarlar qəbul etməyə qadirdirlər. Bu, Rusiya üçün çox ciddi reputasiya itkisidir. Bu baxımdan, bəli, Paşinyan iqtidarına qarşı Ermənistanda təzyiqlər güclənəcək. Aşkar görünür ki, bu təzyiqlər, aksiyalar Kremldən koordinasiya olunur, Paşinyan müxalifətinə açıq və birbaşa təbliğat, informasiya dəstəyi verilir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli deyib.

O bildirib ki, Ermənistanda Paşinyan iqtidarına qarşı baş verənlər, kilsənin siyasi müxalifətə çevrilməsi əslində təkcə gələn ilə təyin olunan parlament seçkiləri ilə bağlı deyil:  “Bu həmçinin İrəvanın Ankara və Bakı ilə münasibətləri normallaşdırmaq siyasətinə qarşı yönəlib. Əbu-Dabi görüşü Azərbaycanın əvvəldən irəli sürdüyü ikitərəfli formatın üstünlüyünü bir daha göstərdi. Azərbaycan ikitərəfli formatı həm Fransanın, həm də digər ölkələrin müdaxilələrindən qorudu. Yada salaq, “Avropa Siyasi Birliyi”nin İspaniyanın Qranada şəhərində keçirilən toplantısında Fransanın iştirak etmək iddiaları ortaya çıxdı. Azərbaycan isə bu görüşdən imtina etdi və beləliklə, qətiyyətli mövqe nümayiş etdirərək ikitərəfli dialoq formatını qoruyub-saxladı. Bu, Azərbaycan diplomatiyasının ən yaxşı uğurlarından biridir. Əlbəttə, ikitərəfli formatda sülh müzakirələrinin davam etməsi, münasibətlərin hərtərəfli normallaşması, Bakı və İrəvan arasındakı birbaşa dialoq heç də regionda marağı olan bütün ölkələri qane etmir. Bəli, güman etmək olar ki, Paşinyanın irəli aparmaq istədiyi prosesə maneə olmaq cəhdləri göstəriləcək. Hətta bu prosesə start verilib. Gözləmək olar ki, artıq "Paşinyan Ermənistanı satdı!" şüarları altında kilsənin öndərliyi ilə kütləvi etiraz aksiyaları, yürüşlər keçirməyə çalışacaqlar. Dövlət və dövlət orqanlarını sıxışdırmağa cəhd edəcəklər. Ermənistandakı vəziyyəti destabilizasiya etməyə çalışacaqlar. Əsas məqsəd də elə budur - Ermənistanda xaotik vəziyyət yaratmaq və bundan istifadə edərək Paşinyanı küçənin təzyiqi ilə uzaqlaşdırmaq. İstisna deyil ki, keçmiş hərbçilər səfərbər olunacaq. Azərbaycanın Qarabağ bölgəsindən köçən ermənilərdən də yararlanmağa çalışacaqlar. Rusiyadakı iş adamları da prosesə qoşulacaq. Bir sözlə, Paşinyana qarşı cəbhəni genişləndirəcək, yeni üsul və vasitələr tətbiq edəcəklər. Elə görüntü yaratmaq istəyirlər ki, “guya əslində Ermənistanı Paşinyandan xilas edirlər, çünki Paşinyan Ermənistanı Ankara və Bakının təsirinə salır, Rusiyanın dəstəklədiyi qüvvələr isə əksinə, Ermənistan dövlətçiliyini müdafiə edirlər...” Bu ideoloji tezislərlə artıq etiraz aksiyaları genişlənəcək. Çalışacaqlar ki, hüquq-mühafizə orqanlarını, Paşinyanın özünü də təxribata çəksinlər, Ermənistanda vətəndaş qarşıdurması ab-havası yaratsınlar”.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 İyul 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri