Icma.az
close
up
RU
Bakıda başqa qadınla münasibət quran kişi arvadına xəsarət yetirdi TƏFƏRRÜAT

Bakıda başqa qadınla münasibət quran kişi arvadına xəsarət yetirdi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Suraxanı rayonunda ər arvadına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 21 yanvar 2025-ci ildə baş verib. Zəngilan rayon sakini, 1981-ci il təvəllüdlü Müslüm həmin gün saat 21:00-da yaşadıqları evdə telefonuna bir başqa qadın tərəfindən edilmiş zənglər səbəbindən həyat yoldaşı Zümrüdün (adlar şərtidir – red.) ona irad bildirməsi nəticəsində, qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əsəbləşib. 
Müslüm əli ilə qəsdən Zümrüdün çənə və sol qol nahiyyələrinə zərbə vurmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Müslümün barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Müslüm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və törətdiyi cinayət əməlini etiraf edib. O bildirib ki, zərərçəkmiş Zümrüd ilə 2002-ci ildə ailə həyatı qurub, birgə nikahdan 3 övladları var: “Yanvarın 21-də, saat 08:00-da işə getmək üçün yaşadıqları evdə hazırlaşan zaman Zümrüd onun istifadə etdiyi telefona baxdıqda telefonunda bir nəfər qadının ona etdiyi zəngləri aşkar etdi. Bu səbəbdən aramızda həmin vaxt sözlə mübahisə yarandı. Həmin gün axşam saat 21:00-da yaşadığımız evdə olan zaman Zümrüd məndən münasibətdə olduğum qadının kim olduğunu, hansı səbəbdən ona xəyanət etdiyimi soruşdu. Ona həmin qadının adını belə bilmədiyini, həmin şəxsi müştəri qismində idarə etdiyim avtomaşına əyləşən zaman tanıdığımı, həmin şəxsin mənə bir müştəri kimi zəng vurduğunu desəm də, Zümrüd  mənə inanmadı və qısqanclıq etdiyi üçün mübahisə daha da böyüməyə başladı. Mübahisənin təsirindən əsəbləşdiyim üçün Zümrüdü söydüm, əlim ilə onun çənə nahiyəsinə və sol qoluna qəsdən zərbə vuraraq onu döydüm”. 
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş ondan şikayətçi olmayıb. 
Bu səbəbdən Müslümün barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 May 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri