Icma.az
close
up
RU
Bakıda belə taksi sürücüləri də var DİQQƏTLİ OLUN!

Bakıda belə taksi sürücüləri də var DİQQƏTLİ OLUN!

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün taksi xidmətlərindən istifadə edənlər arasında ən çox müqayisə olunan məsələ komfort və ekonom kateqoriyalarıdır. Təcrübələr göstərir ki, komfort seçən sərnişinlər, adətən, daha rahat, təhlükəsiz və mədəni xidmətlə qarşılaşır. Ekonomda isə çox vaxt səliqəsizlik, sərt davranış və diqqətsizlik narazılıq doğurur.

Belə olan halda ortaya sual çıxır: niyə komfort kateqoriyasında xidmət gözləntiləri qarşılayır, amma ekonomda əksinə, əksər hallarda məyusedici mənzərə yaranır?

Milli.Az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı mövcud vəziyyəti "Yeni Sabah"a belə şərh edib:

"Əslində, o taksi sürücülərinin hər biri təlimlərdən keçir, sertifikat alır və onların hər birinin narkoloji dispanserdən yoxlama sənədi, sağlamlıq arayışı var, taksi buraxılış vərəqəsi, taksi buraxılış kartı alır, vergi ödəyir, sosial ödənişləri edir və s. Yəni yanaşma hər birinə eynidir. Qanunun yanaşması bütün sürücülər üçün bərabərdir. Ancaq burada artıq dünya görüşü, dünyaya baxışı və ətraf mühitə münasibəti öz sözünü deyir. Bəli, elə sürücülər var ki, oturursan, başlayırlar boş-boş danışmağa, mənasız suallar verməyə, siqaret çəkməyə, şiddətli musiqiyə qulaq asmağa. Amma elə sürücülər də var ki, maşına oturanda mədəni şəkildə salamlaşır, musiqinin səsini artırmaq istəyəndə icazə alır, soruşur: "Bu sizi narahat etmir ki?" Bax, belə məqamlarda görürsən ki, məsələ daxili mədəniyyətlə bağlıdır. Çünki hər evdən çıxan insan eyni düşüncədə ola bilməz".

Ekspert qeyd edib ki, məsuliyyətsizlik edənlər bu peşəyə ötəri baxanlardır:

"Ona görə də bu, nə komfortda, nə də digərində olmaq məsələsi deyil. Hər kateqoriyada müxtəlif tip insanlar var. Komfort sürücülərinin də arasında düşüncəsiz olan tapılır, ekonom sürücülərinin də. Amma bu, onların hamısına aid deyil. Çünki onlar sadəcə bu peşəyə ötəri bir vasitə kimi baxanlardır.

Əsl peşəkar taksi sürücüləri isə həqiqətən qazanc əldə etmək, ailəsini dolandırmaq üçün bu işə başlayıblar. Belə sürücülər heç vaxt düşüncəsiz və məsuliyyətsiz hərəkətlər etmirlər. Çünki bu, onların ömürlük qazanc yeridir. Heç biri də istəməz ki, çörək qazandığı bir yerə neqativ yanaşma olsun.

Ancaq təsadüfi insanlar da var və təəssüf ki, məhz onlar bu cür davranışlar nümayiş etdirirlər. Acı da olsa, belə mənzərə bəzən bəzi insanlarda bütün taksi sürücüləri haqqında mənfi təəssürat yaradır. Amma təbii ki, onların hamısı elə deyil".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Sentyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri