Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Diqqətli olun, bəylər!

Diqqətli olun, bəylər!

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Dünya sürətlə dəyişir və bu dəyişkənlik müasir tələb kimi sanki həyatımıza sirayət edib. İstəməsək belə, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq insan övladı məhz bu dəyişkənliyin fonunda inkişaf edir, həyata baxışlarını müasir dövrün çağırışlarına uyğun qurur. On, on beş il əvvəlki Azərbaycan adamı indi tam fərqli bir həyat tərzindədir: düşüncəsindən, hətta, imicindən, geyimindən və fonetik, yazılı dilindən bunu görməmək mümkün deyil. Qanunlar dəyişir, müsbət mənada toplumlar dəyişir. Bir sözlə, zaman bizi dəyişdirir, yenilik axtarışına çıxarır.

Fikir dahilərindən biri qeyd edir ki, icazə verin beş dəqiqə bundan əvvəl dediyim sözü, indi yenisi ilə ifadə edim.

Amma 30 ildir ki, AXCP sədri Əli Kərimli Azərbaycan siyasətində dəyişməz olaraq qalıb!  Eyni mənasız fikirlər, şablon çıxışlar, illərlə davam edən qeyri-ciddi ittihamlar və gündəmdə qalmaq üçün səsləndirdiyi iftiralarla bu adam yaşlaşdıqca kiçilir. Ölkəmizin uğurları ürəyincə deyil. Kiçik bir mobil dəstə ilə günün 24 saatında  anti-Azərbaycan mövqeyi sərgiləyir.

Qlobal  arenada qətiyyəti ilə tanınan ölkəmizin uğuru onun ürəyincə deyil. Bəli, Azərbaycanın dövləti son illərdə uğurlu bir siyasət aparır. Bu siyasət, ölkənin iqtisadi inkişafını təmin etmək, regional və beynəlxalq əlaqələri gücləndirmək, vətəndaşların rifahını artırmaq və milli maraqları qorumaq məqsədini daşıyır. Azərbaycanın müstəqilliyini əldə etdiyi dövrdən sonra həyata keçirdiyi iqtisadi və siyasi islahatlar, həmçinin neft və qaz resurslarından səmərəli istifadə etməsi ölkənin inkişafına müsbət təsir göstərib.

Bundan əlavə, Azərbaycanın xarici siyasəti də çoxşaxəli olub, həm Qərb, həm də Şərq ölkələri ilə müstəqil əlaqələr qurulub. Eyni zamanda, Azərbaycanın müstəqil xarici siyasəti, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda və sülh təşəbbüslərində də əhəmiyyətli rol oynayıb. 2020-ci ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və bu, ölkə üçün tarixi bir qələbə oldu.

Heç kimə sirr deyil ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxsaylı islahatlar nəticəsində büdcəmizin imkanlarının artırılmasından sonra sosial problemlərin həllinə, iqtisadi liberallaşmanın sürətləndirilməsinə, siyasi plüralizmin genişləndirilməsinə və ümumilikdə regionun da sürətli inkişafına xidmət edən çoxsaylı qərarların qəbuluna yönəldilib. Ancaq belə sürətli inkişaf Əli Kərimli, Cəmil Həsənli və digərlərinin ürəyincə deyil.

Reallıq budur ki, Prezident İlham Əliyev iqtidarının istər daxili siyasətdə, istərsə də diplomatik sahədə əldə etdiyi hər bir uğur Əli Kərimli və onun kimilərin fiaskosunu daha da dərinləşdirir. Azərbaycan xalqı açıq şəkildə görür ki, radikal müxalifət düşərgəsində kök salmış “liderlərin” açıqlamaları milli maraqlara daban-dabana ziddir.
Əli Kərimli, Cəmil Həsənli və digərləri ümidsiz şəkildə diqqət mərkəzində qalmağa, qəhrəman olmağa, demokratiya, inkişaf, vətəndaş cəmiyyəti, şəxsi hüquqların cəmiyyət qarşısındakı öhdəliklərdən üstün olması haqqında ağlabatan sözlər işlətməyə çalışırlar. Daxili çəkişmələr bataqlığına qərq olmuş müxalifətin bu adamları hələ də başa düşə bilmirlər ki, belə açıqlamaları ilə gülüş obyektinə çevriliblər.  Bu ölkə lideri ilə tarixinin ən qüdrətli dövründədir. Azərbaycanda mövcud olan  Xalq Lider birliyi qarşısında ümumiyyətlə görünmürsüz, bəylər. Prezident İlham Əliyevə oxşamaq istəyiniz də alınmır.

Siz xəstəsiz və sizlərdə bu xəstəlik xronikidir. Həkim kimi qeyd edim ki, müasir tibb elmi, təbabət sürətli nailiyyətlərlə inkişaf edir. Amma sizin xəstəliyiniz qarşısında tibb elmi acizdir. Çünki bu xəstəliyin müalicəsi yoxdur.

Nifrət və kininiz bütün danışıqlarınızda aydın şəkildə görünür. Uğurlu və etimadlı siyasətçi ola bilmədiz, heç olmasa sağlam vətəndaş olun. Bu Vətəni qorumaq, ölkəni inkişaf etdirmək təkcə xalqımızın qəhrəman övladı Prezident İlham Əliyevin işi deyil, hər birimizin amalı olmalıdır. Axı Azərbaycan hamımızındır!

Rəşad Mahmudov, 
Tibb elmləri doktoru, 
YAP İdarə Heyətinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Yanvar 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1006

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see493

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see396

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see316

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see303

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see301

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see280

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see273

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see222

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see216

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see213

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see211

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see211

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see207

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see204

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see198

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see197

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see197

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri