Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

Yaşar Nurinin qızı dünyasını dəyişib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Bakıda beynəlxalq səviyyəli yeni ali təhsil ocağı: İtaliya Azərbaycan Universiteti

Bakıda beynəlxalq səviyyəli yeni ali təhsil ocağı: İtaliya Azərbaycan Universiteti

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Məlum olduğu kimi, oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub. Açılışda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iştirak ediblər.

Qeyd edək ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. Bu əməkdaşlıq İtaliyada kiçik və orta sahibkarlığın, yaradıcı sahələrin, sənətkarlığın və texnoloji inkişafın dəstəklənməsi təcrübəsini təhsil və tədqiqat vasitəsilə Azərbaycana gətirir, iqtisadiyyatımızın strateji sahələri, xüsusilə də mühəndislik, kənd təsərrüfatı və qida sənayesi, memarlıq və dizayn üçün gələcək kadrları yetişdirmək məsələsində mühüm rol oynayır.

İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Bakalavr və magistr proqramlarından əlavə, peşəkarlar üçün mütəmadi ixtisasartırma və sertifikat proqramları da həyata keçirilir.

Tədris korpuslarında sinif otaqları ilə yanaşı, müasir texnologiyalara əsaslanan, İtaliyanın Bolonya Universiteti və Milan Politexnik Universiteti ilə birgə qurulmuş 6 tədqiqat və 7 tədris məqsədli laboratoriya da fəaliyyət göstərəcək. Burada memarlığa aid materiallardan ibarət kitabxana, şəhərsalma, landşaft və foto-video studiyaları, müxtəlif dizayn emalatxanaları yerləşir. Yeni binalarda qurulmuş tədris emalatxanası isə dərslərin praktiki tədrisi üçün bir məkandır. Burada müxtəlif növ materiallarla işləmək üçün texnoloji və rəqəmsal imkanlar yaradılıb. Tədris emalatxanası tələbələr və tədqiqatçıların bir yerdə işlədiyi məkandır. Onların birgə əməyinin nəticəsi isə xüsusi Dizayn və yaradıcılıq mərkəzi vasitəsilə sənaye və biznes strukturlarına çatdırılacaq. Bir sözlə, bura tədris və tədqiqatın real iş dünyası ilə birləşdiyi mərkəzdir.

Tədris korpusunda yerləşən "bazar meydanı" isə Azərbaycanın tarixi "İpək Yolu"nun bir hissəsi olduğunu əks etdirir. Universitetin tələbələri və müəllimləri ildə bir dəfə burada bir araya gələrək öz layihələri ilə yarışacaq və onları biznes mühitinə təqdim edəcəklər. Bu sərgilər yerli və beynəlxalq səviyyədə universitet-sənaye-dövlət arasında üçtərəfli əməkdaşlığa xidmət göstərəcək.

Prezident İlham Əliyev bildirib ki, Prezident vəzifəsinə seçiləndən sonra demək olar ki, dərhal göstəriş verib ki, Azərbaycan vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə Azərbaycan gəncləri ezam edilsin, onların bütün xərcləri dövlət tərəfindən ödənilsin və onlar yaxşı oxuyub Vətənə yaxşı mütəxəssislər kimi qayıtsınlar: "Bu günə qədər dövlət xətti ilə dünyanın aparıcı ali məktəblərində təhsil alan tələbələrin sayı minlərlə ölçülür. Ondan sonrakı mərhələdə qərara gəldik ki, eyni zamanda, Azərbaycanın daxilində təhsil sisteminin inkişafı ilə bağlı beynəlxalq əməkdaşlıq məsələlərinə də diqqətlə yanaşaq. Artıq Azərbaycanda bir neçə xarici tərəfdaşlarla birgə universitet fəaliyyət göstərir və növbəti universitet İtaliya-Azərbaycan Universitetidir. Bu universitetin özəlliyi bundan ibarətdir ki, - bu universitet İtaliyanın beş aparıcı universiteti və ADA Universiteti ilə birlikdə qurulub. Əlbəttə, İtaliya-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrini nəzərə alaraq, biz əminik və ümid edirik ki, bu, Azərbaycanın aparıcı təhsil ocaqlarından birinə çevriləcəkdir".

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, İtaliya-Azərbaycan Universitetinin açılması iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığı daha da genişləndirəcək: "Belə bir ali təhsil ocağının yaradılması yalnız tədris imkanlarını deyil, həm də gənclərin beynəlxalq standartlara uyğun bilik və bacarıqlara yiyələnməsini, Azərbaycanın qlobal elm məkanına inteqrasiyasını gücləndirəcək. İtaliya-Azərbaycan Universitetinin yaradılması İtaliya ilə Azərbaycan arasında müəyyən əlaqələrin daha da genişləndirilməsinə, xüsusilə də təhsil sahəsində əməkdaşlığın inkişafına yönəlmiş bir qərardır. Bu universitet hazırda kənd təsərrüfatı yönümlü ixtisaslarla yanaşı, dizayn ixtisası üzrə kadrlar hazırlayacaq. İtaliya-Azərbaycan Universitetinin fakültələri və ixtisasları hal-hazırda əmək bazarında daha çox tələb olunan sahələr üzrə formalaşdırılıb. Həmin ixtisasları bitirən məzunların gələcəkdə daha uğurlu kadrlar kimi əmək bazarına çıxacağı gözlənilir".

Təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, İtaliya-Azərbaycan Universiteti  Azərbaycan təhsil sisteminə bir sıra yeniliklər gətirəcək. Bu yeniliklərdən biri də Avropa sisteminin Azərbaycanda tətbiq olunmasıdır: "Bu universitet İtaliya universitetlərinin tədris petodikası, akademik yanaşmalar Azərbaycana gətiriləcək. Avropa kredit transfer sistemi həmçinin, keyfiyyat mexanizmləri daha səmərəli tətbiq olunacaq. Burada təhsil alan tələbələrin diplomu həm Azərbaycan da, həm də İtaliya da tanınacaq. Həm Azərbaycan, həm də İtaliya diplomu almış olacaqlar. Həmin tələbələrin Avropa əmək bazarına çıxışı asanlaşacaq və xaricə magistatura, doktorantura imkanları genişlənəcək. Bunda əlaqə, yeni ixtisas və dərs sistemləri ola bilər, Azərbaycanda boşluq olan mütəxəssis sahələri doldurulacaq, əməkdaşlıq genişlənəcək. İtaliya universitetləri ilə birgə labarotoriyaları, tədqiqat mərkəzlərindən istifadə imkanları olacaq. Tədris mühitində mədəniyyətlərarası inteqrasiya gözlənilir. Xarici müəllim, professor heyətinin cəlb olunması dərsin keyfiyyətini daha da yüksəldəcək".

Təhsil eksperti qeyd edib ki, İtaliya-Azərbaycan Universitetinin açılması digərləri ali təhsil müəssisələri üçün rəqabət yaradır: "Proqramın yenilənməsi, xarici əməkdaşlığın güclənməsi və tədris keyfiyyətinin yüksəlməsi bir növ zərurətə çevrilə bilər. Bir sözlə, Azərbaycan-İtaliya universiteti həm tələbələr üçün yeni imkanlar açacaq, həm də ölkənin təhsil sistemində Avropa stantardlarının tətbiqinə nail olunacaq. Tələbələr semestr tətillərini və yay məktəblərini İtaliyada keçirmək imkanı qazanacaqlar. Dərslərin bir hissəsinin Avropadan gələn müəllimlərin tədris etməsi ilə elmi yanaşmaları birbaşa öyrənmə imkanı yaradacaq".

Təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkəmizdə xarici ölkələrin dünya reytinqli universitetlərinin filiallarının və birgə fəaliyyət göstərən ali təhsil ocaqlarının açılması çox müsbət bir haldır. Çünki Azərbaycan Avropa təhsilinə inteqrasiya edir. 2005-ci ildən ölkəmizdə Bolonya təhsil sisteminə keçid edilib. İtaliya universitetlərinin də Azərbaycanda yaradılması olduqca mühüm addımdır. Bu ölkənin universitetləri dünya reytinqdə olan, müasir dövrün tələblərinə cavab verən, eyni zamanda özünün maddi-texniki bazasının güclü olmasına görə seçilən universitetlərdir: "İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi Azərbaycan ali təhsil bazarında rəqabəti artıracaq. Azərbaycanda turizm-otelçilik, dizayn-memarlıq ixtisaslarında xarici ölkələrin, xüsusilə İtaliya təhsilinin təcrübəsinə çox böyük ehtiyac var. Bu universitetin tədqiqat mexanizmi ilə yanaşı, praktiki istiqamətdə inkişafı, praktiki istiqamətdə fəaliyyəti bizim üçün çox vacibdir. Bizim qarşımızda İtalya-Azərbaycan Universitetinin timsalında tədqiqat ilə praktiki istehsalatı sintez olan bir müəssisə dayanır. Həmin müəsssisə Azərbaycan təhsilində həqiqətən də böyük bir yenilik gətirəcəyinə əminəm".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17490

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1048

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see239

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see178

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see174

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see135

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see130

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see124

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri