İtaliya Azərbaycan Universiteti əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir PREZİDENT
Icma.az bildirir, Sia Az portalına istinadən.
Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin iki ölkə artasında əməkdaşlığın şaxələndirilməsinin gözəl nümunəsi olduğunu deyib. SİA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin İtaliya prezidenti Sercio Mattarellaya bu ölkənin Respublika Günü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir:
“Ən iri ticarət tərəfdaşımız olan İtaliyanı təmsil edən şirkətlər Azərbaycanda uzun illərdən bəri uğurla fəaliyyət göstərir və ikitərəfli münasibətlərimizin dərinləşməsində xüsusi rol oynayır. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində ölkənizin şirkətlərinin yer alması tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir”.
Dövlət başçısı qeyd edib ki, enerji sektorunda əməkdaşlıq Azərbaycan-İtaliya münasibətlərinin aparıcı istiqamətlərindən biridir:
“Bu sahədə geniş gündəliyə malik səmərəli işbirliyimiz, Cənub Qaz Dəhlizi çərçivəsində birgə fəaliyyətimiz Avropanın enerji təhlükəsizliyinin təminatına böyük töhfə verir.
Humanitar əlaqələrimizin də yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur. İtaliyanın beş aparıcı universiteti ilə birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universiteti əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 İyun 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















