Icma.az
close
up
RU
Bakıda beynəlxalq vəkillik və diplomatiyanın rolu müzakirə olunub

Bakıda beynəlxalq vəkillik və diplomatiyanın rolu müzakirə olunub

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçüm ədalətin təmin edilməsi” II beynəlxalq konfransı çərçivəsində “Beynəlxalq vəkillik və diplomatiyanın rolu” mövzusunda panel sessiyası keçirilib.

“Report” xəbər verir ki, İspaniyanın Deusto Universitetinin professoru Susana Manqana azərbaycanlıların Ermənistandan qovulmasının beynəlxalq arenada çox bilinməməsindən söz açıb:

“Problem beynəlxalq ictimaiyyətin gündəminə gətirilməli, beynəlxalq təşkilatlar bu kimi məsələlərin həllinə dəstək göstərməlidir. Beynəlxalq ictimaiyyəti hərəkətə, ədalət əsaslı qərarların qəbuluna nail olmaq yolunda səy göstərməyə çağırıram”.

Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, deputat Zəfər Sırakaya bildirib ki, Türkiyə sülh danışıqları prosesinə öz dəstəyini göstərməyə davam edəcək:

"Cənubi Qafqazda sülh və sabitlik əldə olunmalıdır, bunun yollarından biri də qərbi azərbaycanlıların öz yurdlarına qayıdışının təmin edilməsidir. Qafqazın mövcud potensialının tam istifadəsi üçün sabitliyin təmini mütləqdir. İnanıram ki, Cənubi Qafqaz rifaha çatacaq. Türkiyə bunun üçün sülh danışıqları prosesinə öz dəstəyini göstərməyə davam edəcək”.

Xorvatiyanın İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı eksperti Krsevan Antun Duymoviç Xorvatiya və Azərbaycanın 1980-90-cı illərdə oxşar taleyi yaşadığını, etnik təmizləməyə məruz qaldığını deyib:

"Ermənilərin etdiklərini serblər bizə qarşı törədiblər. Beynəxalq ictimaiyyət Cənubi Qafqazda baş verənləri diqqətlə izləməlidir. Keçmiş məcburi köçkünlərin geri dönüş prosesi sürətləndirilməlidir".

Kommunikasiya strateqi və jurnalist Klaus Peter Ralf Yurgens vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələ Ermənistanın ərazi bütövlüyünə qarşı deyil:

"İcma yekun məqsədlərini bilməlidir. Qayıdış hüququnun təsir analizi aparılmalıdır".

O, COP29 kimi konfrasın Azərbaycanın böyük uğuru olduğuna da diqqət çəkib:

"Bəzi insanlar Azərbaycana barədə neqativ fikirlər səsləndirirlər, lakin COP29 Azərbaycan üçün mükəmməl təqdimat vasitəsi oldu. COP29-dan sonra Azərbaycan pozitiv mirasını yaratmağa davam etməlidir".

Brüssel Enerji Klubunun baş nümayəndəsi Marat Terterov söyləyib ki, Azərbaycan digər postsovet ölkələri ilə müqayisədə inkişaf edib və yüksəliş mərhələsindədir.

"Azərbaycan çox çətin coğrafi mövqedə yerləşir. Regiondakı mövcud kənar qüvvələr həmişə Cənubi Qafqaz ölkələrinin mənafelərinə uyğun hərəkət etmirlər. Praktiki üsullarla qayıdış hüququnun gerçəkləşdirilməsi prosesi üzərində işləməliyik".

Sayad Həsənli

Gülər Əhmədova

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://report.az
archiveBu xəbər 05 Dekabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri