Icma.az
close
up
RU
Beynəlxalq enerji gündəliyi Bakıda müzakirə olunub ŞƏRH

Beynəlxalq enerji gündəliyi Bakıda müzakirə olunub ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci il aprel ayının 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin XI iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin III iclası təşkil edilib. İclasda qarşıya qoyulan başlıca məsələlər: “Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafında tərəqqi və növbəti addımlar”, üçüncü məsələ isə “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” idi.

İclasda Azərbaycan, Türkiyə, ABŞ, Bolqarıstan, Rumıniya, Sloveniya, Moldova, Bosniya, Herseqovina, İtaliya, Macarıstan, Yunanıstan, Səudiyyə Ərəbistan, Özbəkistan və b. ölkələrin nümayəndələri çıxış edirdilər. Ümumiyyətlə, bu toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu, 42 enerji şirkəti qatılmışdı. Onu da qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı ilk dəfə 2015-ci ilin fevral ayında təşkil edilmişdi.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin XI iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin III iclasında qonaqları salamlayan Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış üçün ilk sözü Ölkə başçısı, Cənab Prezident İlham Əliyevə verir. Cənab Prezident İlham Əliyev iclasda iştirak edən bütün qonaqları salamlayaraq, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci dəfədir ki, Bakıda təşkil edildiyini bildirir. Çıxış zamanı Ölkə Başçısı qeyd edir ki, günbəgün Şuranın üzvlərinin sayı ortaq məqsəd naminə artmaqda davam edir. Şuranın təşkilinin başlıca məqsədi əməkdaşlıqdır. Əməkdaşlıq çərçivəsində isə ölkələrarası məsələlər öz həllini tapa bilər. Növbəti məsələ isə enerji təhlükəsizliyinin təmin edilməsidir ki, bunun üçün də əməkdaşlıq mühüm amillərdən biridir.

Ölkə başçısı çıxış zamanı qeyd edir ki: “Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Mən hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır.

Cənab prezident Enerji şirkətlərimizin istər ölkə daxilində, istərsə də ondan kənardakı işi barədə iclasda məlumat verərək, Azərbaycanın hər zaman etibarlı tərəfdaş olduğunu və bundan sonra da elə olacağını qeyd etdi. Bundan başqa o, bu Şuranın bu günə kimi keçirilən iclaslarında gəlinən nəticələr barədə də iclas iştirakçılarına hesabat verərək, bundan sonra da eyni templə işə davam edəcəklərini qeyd etdi.

İclasda Cənubi Qaz Dəhlizinin uğurlarından bəhs edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov da bir sıra məsələlərə toxunaraq, münasibət bildirmişdir. Çıxış zamanı təbii qazla bağlı məsələlərə nazir öz fikrini bildirərək, qeyd edir ki: “Təbii qazla bağlı mövcud məhdudiyyətlərə baxmayaraq, Azərbaycan bu illər ərzində etibarlı enerji təchizatçısı roluna müvafiq tədarük həcmlərinin artırılması və təchizat coğrafiyasının genişləndirilməsi sahəsində mühüm irəliləyişlər əldə etdi.... Azərbaycan və Avropa alıcıları arasında uzunmüddətli qaz müqavilələri, Aİ-nin təminatları və maliyyə dəstəyi, Cənubi Qaz Dəhlizinin uğurla genişləndirilməsinin əsas amilləridir və bu, nəticə etibarilə Avropanın daha dayanıqlı enerji təhlükəsizliyini təmin edəcək”.

Pərviz Şahbazov onu da qeyd edib ki, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasındakı yaşıl elektrik enerjisi sahəsində imzalanacaq Anlaşma Memorandumu ilə onlar daha bir dəhliz üzrə işə başlayacaqlar.

İclasda çıxış edən Türkiyənin energetika və təbii ehtiyatlar naziri Alparsan Bayraktar çıxışı zamanı qeyd edir ki: “Bu layihə ölkələrimiz arasında etibarlı tərəfdaşlıq və qarşılıqlı inamın təcəssümüdür. Türkiyə olaraq biz bu əməkdaşlığın daha da genişləndirilməsində və enerji təchizatının diversifikasında maraqlıyıq”.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin XI iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin III iclasında çıxış edən digər ölkə nümayəndələri də bu görüşün səmərəli tərəflərindən bəhs edərək, onu dəstəklədiklərini bildirirlər. İclasda çıxış edən Bolqarıstanın energetika naziri Jeco Stankov qeyd edir ki: “Biz Cənub Qaz Dəhlizi çərçivəsində tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə sadiqliyimizi təsdiq edirik”. Ruminiyanın energetika naziri də öz qərarlarını bildirərək çıxışı zamanı qeyd edir: “Rumıniya Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinə sadiqdir. Dəhlizin Cənub-Şərqi Avropa və Balkanlar istiqamətində genişləndirilməsi region üçün etibarlı, proqnozlaşdırıla bilən və rəqabətə davamlı enerji təchizatını təmin etmək baxımından mühüm addımdır”.

İclasda çıxış edən Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Boqlarka İlles bildirir ki, Cənub Qaz Dəhlizi Cənub-Şərqi Avropada təbii qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsində strateji əhəmiyyətə malikdir və Avropa ilə Azərbaycan arasında strateji tərəfdaşlığın bariz sübutudur.

İclasda çıxış edən digər nümayəndə Səudiyyə Ərəbistan Krallığının energetika nazirinin köməkçisi Nasser Əl-Qahtani idi. O da öz çıxışı zamanı qeyd edir ki: “Səudiyyə Ərəbistanı Krallığı Mərkəzi Asiya ölkələrini və Azərbaycanı təkcə dost kimi deyil, həm də davamlı enerji gələcəyinin formalaşmasında starateji tərəfdaş kimi görür. Sıx əməkdaşlıq sayəsində biz birgə təsirimizi gücləndirə, təmiz enerji texnologiyalarının tətbiqini sürətləndirə və bununla da həm xalqlarımızın, həm də gələcək nəsillərin rifahına töhfə verə bilərik”.

Qeyd etmək lazımdır ki, iclasda “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafında tərəqqi və növbəti addımlar” sessiyasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Azərbaycan Qaz Təchizatı Şirkəti, Socar bp, TANAP, TAP, XRG, Dünya Bankının nümayəndələrinin iştirakı ilə də müzakirələr aparılır.

İclasın “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizi” üzrə sessiyasında isə BOEMDA, SOCAR, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan, Mərkəzi Asiya-Azərbaycan-Avropa, Azərbaycan-Türkiyə-Avropa, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və b. ilə bağlı məruzələri dinlənilib.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının müəllimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri