Icma.az
close
up
RU
Bakıda Beynəlxalq Xalça Forumu on bir ölkədən olan xalçaçı ekspertləri bir araya gətirib

Bakıda Beynəlxalq Xalça Forumu on bir ölkədən olan xalçaçı ekspertləri bir araya gətirib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də Bakı Biznes Mərkəzində “Xalçaçılıqda ənənələr və yeniliklər” mövzusunda Beynəlxalq Xalça Forumu çərçivəsində dörd sessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tatarıstan, Rumıniya, Latviya, İran, Yaponiya, Birləşmiş Krallıqdan xalça üzrə mütəxəssislər təqdimatla çıxış ediblər.

Azərbaycanı təmsil edən Əsmər Babayevanın moderatorluğu ilə keçirilən “Xalçaçılıqda beynəlxalq əməkdaşlıq və qlobal təcrübələr” mövzusunda birinci sessiyada Gürcüstan Milli Muzeyinin Şərq kolleksiyalarının kuratoru, Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridze, Latviya Dekorativ-Tətbiqi Sənət və Dizayn Muzeyinin direktoru İnese Baranovska, Latviyanın Liepaya Muzeyinin nümayəndəsi Linda Rosental-Rose və Türkmənistanın incəsənət tarixçisi Ajap Bayrıyeva ölkələrinin xalça tarixi və müasir dövrdə xalçaçılığa dair təqdimatla çıxış ediblər.

“Sərhədləri aşan xalçaçılıq: ənənələr, dəyişikliklər və mədəni əlaqələr” mövzusunda ikinci sessiyada İslam və türk incəsənəti üzrə tarixçi, yaponiyalı fəlsəfə doktoru Sumiyo Okumura, qırğızıstanlı tarix üzrə fəlsəfə doktoru Çinarə Beksultanova, rumıniyalı türk xalçaları üzrə müstəqil tədqiqatçı və kolleksiya mütəxəssisi Stefano İonescu, Birləşmiş Krallığı təmsil edən “Cover” jurnalının redaktoru Lusi Apvard və Təbriz İslam İncəsənət Universitetinin professoru Kərim Mirzə çıxış ediblər.

“Xalça və müasir incəsənət: yeni ifadə vasitələri” adlı üçüncü sessiyada Faiq Əhməd Studiyasının direktoru Olqa Seleznova, məşhur rəssam və heykəltəraş Aydan Salahova, Tatarıstanın Mədəniyyət sahəsində İnnovasiyaların tətbiqi və ənənələrin qorunması üzrə Resurs Mərkəzinin direktoru Alsu Miftaxova və “İçərişəhər” Muzey Mərkəzinin elmi katibi Səadət Ələkbərova dünyaca tanınmış müasir vizual sənətçi Faiq Əhmədin yaradıcılığı, müasir incəsənətdə xalça, Tatarıstanda xalq tətbiqi dekorativ sənət növlərinin inkişafı, "İçərişəhər" Muzey Mərkəzinin fondunda mühafizə edilən xalçalar, xalça sənəti və yeni ifadə vasitələri barədə təqdimatla çıxış ediblər.

Dördüncü sessiya “Əl işi xalçaçılıq: müasir dövrdə rolu və institusional yanaşmalar” mövzusuna həsr olunub.

Qazaxıstan Sənətkarlar İttifaqının sədri Ayjan Bekkulova “Nəsillərarası bilik və dəyərlərin ötürülməsində ailə ənənələri əsas vasitə kimi”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova “Milli Xalça Muzeyinin müasir incəsənətdə rolu: Ənənədən müasirliyə”, “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva “İçərişəhərdə xalçaların qeyri-maddi canlı irs kimi qorunub saxlanması", Özbəkistan Dövlət İncəsənət Akademiyasının professoru Elmira Gül “Özbəkistanda əl işi xalçaçılıq: yaşayan sənət və yeni çağırışlar" mövzularında təqdimatlarla çıxış ediblər.

“Xalça toxuma sənətinə innovativ baxış” adlı sonuncu sessiyada Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Samirə Allahverdiyeva, Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin və ICOMOS-un üzvü, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Aytac Əlisultanlı çıxış ediblər.

Forumda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Forum mayın 2-dən 4-dək davam edəcək Beynəlxalq Xalça Festivalı çərçivəsində təşkil olunub. Festival “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilir. İçərişəhərdə davam edəcək festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir. Bu səbəbdən festivalın proqramı zəngin və rəngarəngliyi ilə bütün yaş qruplarından olan qonaqların maraqlarına hesablanıb. Festival çərçivəsində ziyarətçiləri sehrli əyləncə proqramı - rəngarəng konsertlər silsiləsi, açıq hava kinoteatrı və yerli brendlərlə sənətkarların iştirak etdiyi müxtəlif yarmarkalar gözləyir. Festival İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri