Icma.az
close
up
RU
Menu

Əldə olan pulu artırmaq üçün bunu edin!

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Cəbrayılda əhali tibbi müayinədən keçdi

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Bakıda beynəlxalq rəqəmsallaşma forumu

Bakıda beynəlxalq rəqəmsallaşma forumu

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

ADA Universitetində İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci Beynəlxalq Konfransın təntənəli açılış mərasimi keçirildi.

Azərbaycanda 7-ci dəfə təşkil olunan konfrans ADA Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsi, ABŞ-da yerləşən Elektrik və Elektronika Mühəndisləri İnstitutunun müvafiq Azərbaycan bölmələri və 11 beynəlxalq tərəfdaş qurumun birgə təşkilatçılığı ilə öz işinə start verdi. Tədbirin əsas məqsədi İKT sahəsində bilik və təcrübə mübadiləsini təşviqi, elmi yeniliklərin müzakirəsi, eləcə də akademik dairələrlə sənaye nümayəndələrinin əməkdaşlığı üçün effektiv platforma yaratmaqdır.

Açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev konfransın və ADA Universitetinin 20 illik yubileyləri münasibətilə iştirakçıları, alimləri salamlayaraq təşkilatçılara və qonaqlara təşəkkürünü bildirdi.

Rektor uzun illərdir keçirilən bu konfransın uğurunu və tanınmış alimlərin iştirakının tələbələr üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. O, Azərbaycan–İtaliya Universiteti çərçivəsində Turin Universiteti ilə əməkdaşlığın vacibliyinə də toxundu. Bildirdi ki, 5 illik əməkdaşlığın nəticəsində ADA Universiteti gələn il mühəndislik, o cümlədən elektrik mühəndisliyi üzrə ilk məzunlarını buraxacaq. Hafiz Paşayev bu istiqamətdə təhsilə xüsusi diqqət yetirildiyini qeyd edərək, digər universitetlərlə də tərəfdaşlığa açıq olduqlarını diqqətə çatdırdı.

Əsas məruzəçilərdən Polşa Elmlər Akademiyasının üzvü və London Kral Kollecinin dəvətli professoru Erol Qelenbe “Süni intellektə optimallaşdırma və simulyasiya prizmasından baxış” mövzusuna toxundu.

O, IX əsrdə dahi Şərq alimi Məhəmməd ibn Musa əl-Xarəzminin alqoritm və cəbr elminə verdiyi misilsiz töhfələrin müasir süni intellekt və hesablama sistemlərinin özülünü təşkil etdiyini söylədi. Professor vurğuladı ki, müasir süni intellekt sistemləri çox böyük həcmdə məlumatı təhlil edir, həmin məlumatlar arasında əlaqələr qurur və mürəkkəb riyazi hesablamalar apararaq nəticələr formalaşdırır.

Məhz bu məqam süni intellektin insanlar tərəfindən necə qəbul edilməsinə də təsir göstərir. İnsanlar sistemin qısa müddətdə mürəkkəb suallara cavab verməsini, çoxsaylı məlumatları əlaqələndirməsini və bəzən gözlənilməz nəticələr ortaya qoymasını müşahidə etdikdə onun imkanlarını adi hesablama prosesindən daha üstün bir hadisə kimi qiymətləndirirlər. Süni intellektin necə işlədiyini tam anlaya bilməməyimiz onun fəaliyyətinə qeyri-adilik görüntüsü verir. İnsanlar sistemin nəticəyə necə gəldiyini aydın görə bilmədikdə, onun qabiliyyətlərini bəzən insan zəkasına bənzədir, hətta süni intellektin arxasında sanki xüsusi bir düşüncə gücünün dayandığını təsəvvür edirlər. Halbuki mürəkkəb nəticələrin əldə olunması özlüyündə sistemin insan kimi düşündüyünü, şüura malik olduğunu və ya dünyanı insan kimi dərk etdiyini sübut etmir.

Qazaxıstanın Nazarbayev Universitetinin Ağıllı Sistemlər və Süni İntellekt İnstitutunun professoru Hüseyn Atakan Varol isə “Məhdud resurslu mühitlər üçün generativ süni intellekt modellərinin yaradılması: məlumat dəstinin hazırlanması, modelin təlimi və xidmət səviyyəsində tətbiqi” sahəsindən danışdı.

Onun sözlərinə görə, bütün ölkələrin və ya tədqiqat mərkəzlərinin "OpenAI" və ya "Google" kimi milyardlarla dollarlıq güclü serverləri, nəhəng superkompüterləri yoxdur. Bu səbəbdən daha kiçik imkanlarla və məhdud texniki resurslarla da effektiv süni intellekt modeli qurmaq mümkündür.

Konfrans çərçivəsində ADA Universitetinin prorektoru Vəfa Kazdal və İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin baş müəllimi Cəmaləddin Həsənovun moderatorluğu ilə “Ali təhsildə və elmdə süni intellekt: imkanlar və çağırışlar” və “Aerokosmik sahədə çoxnüvəli klaster hesablama arxitekturaları: yeni kosmik erasına doğru” mövzularında panel müzakirələri də keçirildi.

İnteraktiv formatda baş tutan müzakirələrdə süni intellektin təhsil və elmi tədqiqatlara təsiri, yaratdığı imkanlar və qarşıya çıxardığı çağırışlardan danışıldı, təhsil, tədqiqat və innovasiyaların gələcəyinə dair suallar cavablandırıldı.

Oktyabrın 16-dək davam edəcək konfrans boyunca müxtəlif ölkələrdən olan tədqiqatçılar bu və digər istiqamətlər üzrə elmi nailiyyətlərini və praktiki nəticələrini bölüşəcəklər.

Fidan ƏLİYEVA,
Cavid QAÇAYEV (foto)
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2026 01:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see393

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see286

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see266

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see226

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see223

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see219

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see215

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see196

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see195

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see193

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see187

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see180

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see174

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see174

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see172

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see159

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see158

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri