Icma.az
close
up
RU
Bakıda bəzi evlər plana düşə bilər: İqtisadi qiymətləndirmə aparılmalıdır

Bakıda bəzi evlər plana düşə bilər: İqtisadi qiymətləndirmə aparılmalıdır

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Abşeron rayonunun Mehdiabad qəsəbəsindən Bakı metropoliteninin "28 May" stansiyasına tramvay marşrutunun tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.

Bildirilib ki, bununla bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi artıq hazırdır. Həmçinin Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala və Zabrat-Maştağa-Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların yenidən qurulması və yeni stansiyaların inşası nəzərdə tutulur.

Sözügedən məsələlərin icrası ilə bağlı söküntü işlərinin həyata keçirilməsi ehtimal olunur. Qeyd etmək lazımdır ki, Qala və Binə istiqamətində evlər dəmiryol xətlərinə yaxın ərazilərdə yerləşir.

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan əmlak eksperti Ramil Osmanlı bildirib ki, layihələrin hər birinin icrası mümkündür.

O vurğulayıb ki, layihələndirmə tam başa çatdıqdan sonra məsələ ilə bağlı daha detallı fikir bildirmək olar:

Bakıda bəzi evlər plana düşə bilər: İqtisadi qiymətləndirmə aparılmalıdır

"Layihələndirmə ondan ötrüdür ki, xəttin haradan keçəcəyi müəyyənləşdirilsin. Xəttin çəkilişi üçün maliyyə mənbələri bəlli olmalıdır. İqtisadi qiymətləndirmə aparılmalıdır. Müəyyənləşdirilməlidir ki, bu layihə hökumətə nə qədər fayda verəcək. Büdcədən səmərəli istifadə və investorların cəlb olunması baxımından işlər aparılmalıdır. Bu addımlar atıldıqdan sonra nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi mümkündür. Layihənin icrası zamanı müəyyən söküntü işlərinin həyata keçirilməsi ehtimal olunur. Lakin, dediyim kimi, layihələndirmə işləri tam yekunlaşdıqdan və xətlərin keçəcəyi ərazilər müəyyənləşdirildikdən sonra söküntü barədə detallı danışmaq olar. Hansı ərazilər xəttin keçəcəyi marşruta düşəcək və yaşayış evləri, eləcə də torpaq sahələrinin dövlətin istifadəsi üçün alınmasının zəruri olduğu müəyyən edilərsə, həmin obyektlərin alınmasına başlanılacaq".

Bakıda bəzi evlər plana düşə bilər: İqtisadi qiymətləndirmə aparılmalıdır

O bildirib ki, hazırda dəmir yolu xətlərinin inkişafı üçün ciddi layihələr həyata keçirilir: "Müstəqillik illərində bəzi ərazilər zəbt olunub. Lakin hazırda hökumət ciddi işlər görür. Məqsəd infrastrukturu inkişaf etdirmək, yükdaşımalarla yanaşı sərnişindaşımanı da optimallaşdırmaqdır. Dediyim kimi, mühafizə zolaqlarına düşən marşrutlarla bağlı qərar layihələndirmədən sonra veriləcək. Bu, dəmir yolunda orta sürətin tam təmin olunması üçün zəruridir".

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə açıqlamasında qeyd edib ki, prosesin necə həyata keçiriləcəyi layihələndirmədən sonra müəyyən olunacaq:

Bakıda bəzi evlər plana düşə bilər: İqtisadi qiymətləndirmə aparılmalıdır

"Tramvaylar əsasən elə ərazilərə çəkiləcək ki, oraya vətəndaşların avtobus və metro ilə getmək imkanları məhdud olsun. Əslində, bu, çox yaxşı bir addımdır. "Sea Breeze", Mehdiabad və Binəqədi ərazisindən metronun "28 May" stansiyasına qədər marşrutlar olacaq. Bundan başqa, ehtimal olunur ki, Bayıldan "Xətai" metrostansiyası istiqamətində yeni tramvay xətti çəkiləcək. Söküntü işlərinin olub-olmayacağı layihələndirmədən sonra məlum olacaq. Mütəxəssislər bununla bağlı öz fikirlərini bildirəcəklər. Həmçinin tramvayın növü müəyyənləşdirilməlidir. Bütün hallarda layihələrin həyata keçirilməsi həmin ərazilərdə yaşayan şəxslərin təhlükəsizliyini təmin edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Yanvar 2026 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see341

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see277

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see210

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see168

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see155

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri